Almaniya klubunda çıxış edən Rəşad Orucov növbəti qələbəsini qazanıb (VİDEO)
Gürcüstan milli yığmasının üzvü, Almaniyanın “SVG Nieder-Liebersbach” klubunda çıxış edən Rəşad Orucov növbəti qələbəsini qazanıb. O, bu günə qədər Almaniya klubunda 7 görüş keçirib. Rəşad bunadək keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub. Yarış 27 noyabr tarixində keçirilib və “Regionalliga Baden-Württemberg” liqası çərçivəsində baş tutub. Əslən Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad Orucov Almaniya klubu ilə ümumilikdə 10 yarış üçün müqavilə imzalayıb.

Xatırladaq ki, Orucov ilk görüşünü 22 oktyabr tarixində keçirmişdicəmi 57 saniyəyə başa vuraraq qələbə qazanmışdı.

Qeyd edək ki, Rəşad Orucov Yunan-Roma güləşi üzrə Gürcüstan milli yığma komandasının üzvüdür. O, iyun ayında Almaniyanın “SVG Nieder-Liebersbach” klubu ilə müqavilə imzalayıb, oktyabr ayından etibarən 3 ay ərzində Yunan-Roma güləşi üzrə Almaniya klubunu təmsil edəcək.

Rəşad Orucov bu ilin yanvar ayında Rustavi şəhərində keçirilən 23 yaşlılar arasında Yunan-Roma Güləşi üzrə Gürcüstan çempionatında üçüncü yerə çıxaraq, bürünc medal qazanmışdı. O, bununla da Gürcüstan yığma komandasının tərkibinə düşmüşdü. Rəşad Orucov bu günədək bir sıra yarışlarda iştirak edərək, yüksək nəticələr qazanıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google