Penitensiar Xidmət Mixeil Saakaşvilinin görüntülərini yayıb
Gürcüstan Penitensiar Xidməti Mixeil Saakaşvilinin görüntülərini yayıb.

“İctimai marağın yüksək olması səbəbindən Xüsusi Penitensiar Xidmət məhbus Mixeil Saakaşvilinin müxtəlif dövrlərdə vəziyyətini əks etdirən videogörüntülər dərc edir.

Sözügedən videomaterialda məqsədi ədalətin həyata keçirilməsinə mane olmaq, cəmiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaq olan Mixeil Saakaşvilinin imitasiya etdiyi əməlləri açıq-aydın görünür”.
– penitensiar xidmətdən bildiriblər.

Onların sözlərinə görə, “video kadrlar
dövlətin Mixeil Saakaşviliyə münasibətini, həmçinin Mixeil Saakaşvilinin tibb işçilərinə münasibətini, xüsusən də onun təhqir və aqressiv davranışı faktlarını əks etdirir”.


Hakim qüvvə bir neçə gündür ki, Mixeil Saakaşvilinin kadrlarının yayılacağını bəyan edirdi.




Mənbə: Publika

Print ელ. ფოსტა
FaceBook Twitter Google