30 yanvarda Marneuli ərazisində hava necə olacaq
Bu gün, 30 yanvar tarixində gündüz saatlarında Marneuli ərazisində havanın parçalı buludlu olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə yağış və sulu qar yağacağı ehtimal edilir.

Havanın temperaturu gündüz +11 dərəcə isti olacaq, gecə isə temperatur 0 dərəcəyə qədər enəcək.

Məlumata görə, 31 yanvar tarixində bələdiyyə ərazisində gündüz saatlarında qar yağacağı gözlənilir. Gecə saatlarında isə bələdiyyədə
buludlu hava olacaq. Gündüz temperatur +5 dərəcə isi olacaq, gecə isə temperatur -2 dərəcə qədər enəcək.

1 fevral tarixinə gəlincə isə Marneuli ərazisində gündüz havanın parçalı buludlu olacağı ehtimal edilir. Gecə saatlarında isə havanın parçalı buludlu olacağı gözlənilir. Gündüz havanın temperaturu +10 dərəcə istini göstərəcək, gecə isə temperatur -1 dərəcəyə qədər enəcək.


Print ელ. ფოსტა
FaceBook Twitter Google