Bu gün, 8 fevral tarixində Marneuli bələdiyyəsinin Saimerlo
kəndində “kəndə dəstək proqramı” çərçivəsində ümumi toplantı
keçirilib.
Ümumi toplantı Saimerlo ictimai məktəbinin akt zalında keçirilib.
Toplantıda Marneuli meriya nümayəndələri, həmçinin, merin müavini
Roin Dekanoidze və Temur Şubitidze iştirak edirdilər. Onlar da
Saimerloda yaşayırlar. Marneuli Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze görüşdə iştirak etmirdi. O, da Saimerlo kəndində
yaşayır.
“Hamınızı salamlayıram, gəldiyiniz, iştirak etdiyiniz
üçün minnətdarlığımı bildirirəm. Bildiyiniz kimi, “kəndə dəstək
proqramı” illərdir həyata keçirilir. Bu proqram çərçivəsində icmada
olan ehtyacları əhalinin özü müzakirə edir və hansı layihəni
dəstəkləsələr kənddə həmin layihəni ixtisaslı təşkilatlar həyata
keçirəcəklər. Müzakirə edək, burada yetərli sayda sakin var. Bu
proqramın öz nizamnaməsi var. Müəyyən sayda sakinlər olmalıdır və
düşünürəm ki, kifayət qədər olduğundan artıq qeydiyyatdan keçib.
Səs çoxluğu ilə kənddə hansı layihənin həyata keçirilməsini
istədiyinizə qərar verək”, - Marneuli merinin müavini
Roin Dekanoidze bildirib.
Marneuli meriyasının İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze ümumi
toplantı iştirakçılarına bildirib ki, kənddən meriyaya iki təklif
göndərilibmiş.
“Bu günə olan vəziyyətə görə, bələdiyyədə iki təklif qeydiyyatdan
keçirilib. Biri kanalın davam etdirilməsidir, yəni ötən il
dəstəklədiyiniz layihənin başa çatdırılmasıdır. Digəri isə
tikintisi aparılan ayinlər evinin ərazisindəki kanalların qaydaya
salınmasıdır. Bu günə olan vəziyyətdə bu iki təklif qeydiyyatdan
keçirilib. Əgər yenə hansısa təklif varsa, onları da qəbul edə və
səs verə bilərik”, – Mamuka Şubitidze bildirib.
Saimerlo kəndində ümumi toplnatı iştirakçıları suvarma kanalı
layihəsinin davam etdirilməsini dəstəkləyiblər. Sakinlərin
sözlərinə görə, kənd təsərrüfatına yararlı torpaqların suvarılması
zamanı sözügedən kanalın sıradan çıxması nəticəsində torpaq
sahələri və yaşayış evləri su altında qalır və bu səbəbdən həmin
layihənin icrası kənd üçün tikinti aparılan yerdəkanalın qaydaya
salınmasından daha çox prioritet məsələdir. “Kəndə dəstək proramı”
çərçivəsində Saimerlo kəndinə 20 000 lari ayrılıb.