Marneuli yerli özünüidarəsi kanalizasiya sisteminin təmizlənməsi və
qulluq göstərilməsi işləri ilə bağlı tender elan edib.
Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş tenderə görə, qalib
şirkət 2023-cü il ərzində meriyanın tapşırıqlarına uyğun olaraq
kanalizasiya sisteminin təmizlənməsi, qulluq göstərilməsi işlərini
həyata keçirməli olacaq.
“Xidmət müqavilə bağlandıqdan 2023-cü ilin 31 dekabr
tarixinə qədər, mərhələli şəkildə, yazılı tapşırığa müvafiq olaraq
göstərilməlidir. İşləri yerinə yetirən şirkətə konkret ünvan,
yerinə yetiriləcək işlərin adı və ya işlər üçün müəyyən edilmiş
vaxt yazılı olaraq veriləcək”, – Marneuli bələdiyyəsi
tərəfindən elan edilmiş tenderdə qeyd olunub.
Marneuli meriyası 2023-cü il ərzində kanalizasiya sisteminin
təmizlənməsi və qulluq göstərilməsi işləri üçün 50 847 lari ödəməyi
planlaşdırır. Yerli özünüidarə tenderi 10 fevral tarixində elan
edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 1 martdan 6 marta
qədər öz təkliflərini təqdim edə bilərlər.