Marneuli meriyası “Kvemo Kartli Mediasının” inzibati şikayətini təmin edib
Marneuli yerli özünüidarəsi “Kvemo Kartli Mediasının” inzibati şikayətini təmin edib. Marneuli meriyasında inzibati şikayətin müzakirəsi 19 aprel tarixində baş tutub. Şikayət daxili auditin nəticələrinin “Kvemo Kartli Meidasına “verilməməsi ilə bağlıdır.

Marneuli meriyası daxili auditin nəticələrini ictimailəşdirəcək, yoxsa yox – bu bir həftəyə məlum olacaq.

“Kvemo Kartli Mediası” Marneuli meriyasından daxili auditin nəticələri ilə bağlı rəsmi məlumat istəyib. Amma yerli özünüidarə təşkilata cavab verməyib. Bundan sonra mətbuat vasitəsi Marneuli meriyasına inzibati şikayətlə müraciət edib.

“Biz təsdiq etdik və vəkilimizin köməyi ilə bizə qarşı qanunun hansı maddəsinin pozulduğunu sübut etdik. Eləcə də mən Marneuli meriyasının peşə fəaliyyətimdə mənə mane olduğu barədə danışdım. Baxmayaraq ki, ictimai məlumat tələb edən zaman məlumatı nəyə istədiyimizi açıqlamaq öhdəliyimiz yoxdur, mən iclas üzvlərinə məlumatı jurnalist materialı hazırlamaq üçün lazım olduğunu izah etdim. Müvafiq olaraq, onların nümayiş etdirdiyi hərəkətsizlik adi şəkildə peşə fəaliyyətinə mane olmaqdır”, – Kvemo Kartli Media təşkilatının rəhbəri Manon Bokuçava 19 aprel tarixində, inzibati şikayətin müzakirəsindən sonra bildirmişdi.

Marneuli meriyası inzibati şikayətlə bağlı qərarın yayımlanma tarixi olaraq 26 aprel qeyd edib. “Kvemo Kartli Mediasının” bildirdiyinə görə, təşkilat Marneuli meriyasından daxili auditin nəticəsini gözləyir.

“Kvemo Kartli Mediası” Marneuli meriyasından cavab məktubu ilə daxili auditin hesabatlarını gözləyir. Əgər özünüidarə Rustavi və Qardabani meriyaları kimi tələb olunan məlumatı ictimai şəkildə yayımlamasa, təşkilat məhkəməyə müraciət edəcək”, – təşkilatın məlumatında qeyd olunub.

Təşkilatın məlumatına görə, onlar vətəndaşların ödədiyi vergilərlə baş tutan, dövlət sirri olmayan hər hansı proses barədə ictimaiyyətin məlumat almaq üçün tam hüququ var.

Print ელ. ფოსტა
FaceBook Twitter Google