Marneuli meriyası sosial şəbəkədə 26 May – Müstəqillik Gününə həsr
edilmiş tədbirin proqramını yayımlayıb.
Tədbirin “Yenə də böyüyəcəklər” abidəsinin ərazisində keçirilməsi
planlaşdırılır.
Proqrama görə, yerli sahibkarların məhsullarının sərgi-satışı
keçiriləcək.
Konsert yerli ifaçıların çıxışı ilə başlayacaq: “İberia” ansamblı,
“Enquri” ansamblı, Şaban Məmmədov, “Era” ansamblı, “Sarvan”
ansamblı, vokal studiyası, Mariam Çoxonelidze, “Hucabi” müğənnilər
qrupu, saz qrupu, Kristi Cavaxidze;
Marneulilər qarşısında Temur Kvitelaşvili, Eka Kaxiani, Nini
Baduraşvili, Kristine İmedadze, Tako Qaçeçiladze də səhnəyə
çıxacaq;
Tədbiri “Prani” qrupunun konserti bağlayacaq.
“Proqramın başlanğıcı: 14:00
- 14:00-20:00 – Yerli sahibkarların məhsullarının
sərgi-satışı;
- 14:00-18:00 – Uşaq məkanı: oyunlar, suvenirlərin
hazırlanması və masterklasslar;
- 14:00-16:00 – Orkestrin yürüşü;
- 14:00-18:00 –Müdafiə qüvvələri texnikası, silah və
təchizatların sərgisi;
- 14:00-15:00 – Yerli ifaçıların konserti: “İberia”
ansamblı, “Enquri” ansamblı, Şaban Məmmədov, “Era” ansamblı,
“Sarvan” ansamblı, vokal studiyası, Mariam Çoxonelidze, “Hucabi”
müğənnilər qrupu, saz qrupu, Kristi Cavaxidze;
- 15:50-16:50 – Temur Kvitelaşvili, Eka Kaxiani, Nini
Baduraşvili, Kristine İmedadze, Tako Qaçeçiladze;
- 16:50-17:10 –Gürcü döyüş sənətini nümayiş etdirən
çıxış;
- 17:10 – Gürcüstanın müstəqilliyinin elan olunduğu
tarixi vaxt – təntənəli bayram;
- 17:30 – “Prani” qrupu