Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan
Axalqorinin Axmaca kəndi yaxınlığında Gürcüstan vətəndaşını
qanunsuz olaraq saxlayıblar.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Onların
sözlərinə görə, qanunsuz saxlama işğal olunmuş ərazilərdə baş
verib.
“İşğalçı qüvvələr tərəfindən daha bir qanunsuz saxlama faktı barədə
məlumat daxil olduqdan dərhal sonra Dövlət Təhlükəsizliyi Xidməti
Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan
“qaynar xətt”i işə salıb. Beynəlxalq tərəfdaşlar və Cenevrə
Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal
məlumatlandırılıblar.
Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad
edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın
işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən
bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə
düşür", - DTX-nın bəyanatında deyilir.