2023-cü ilin may ayında bir standart İmereti xaçapurisinin
hazırlanmasının orta qiyməti 5,76 lari
təşkil etmişdir. Bu barədə “Aiset” elmi-tədqiqat institutu məlumat
yayıb.
Onların hesabatlarına görə, aylıq eniş tendensiyası may ayında da
davam edib və indeks 4,1% azalıb (2023-cü ilin aprel ayı ilə
müqayisədə). Bununla belə, illik ifadədə (2022-ci ilin may ayı ilə
müqayisədə) yenidən yüksəliş tendensiyası
müşahidə olunub və indeks
1,9% artıb.
“Xaçapuri indeksi Tbilisi və Batumidə illik müqayisədə
artıb, Kutaisi və Telavidə isə azalıb.
Orta qiymətləri nəzərə alsaq, Xaçapuri inqrediyentləri hazırda
Batumidə ən bahadır. Burada bir standart İmereti xaçapurisinin
hazırlanmasının dəyəri 6,43 lari təşkil edir ki, bu da ölkə üzrə
orta göstəricidən 12% yüksəkdir. Tbilisidə də qiymətlər artıb
(8,7%). Qeyd edək ki, xaçapuri Kutaisidə ən ucuzdur, burada bir
xaçapuri 4,81 lariyə başa gəlir. Xərclər baxımından ən bahalı
(Batumi) və ən ucuz (Kutaisi) yerləşmə arasında fərq 1,52 lari
təşkil edib.
Aylıq ifadədə Gürcüstanın bütün şəhərlərində indeks azalıb, ən
böyük azalma (9,0%) gözlənildiyi kimi Kutaisidə qeydə alınıb.
İndeksin enmə meyli çiy südün ənənəvi mövsümi tendensiyasını
izləyir. Ənənəvi olaraq pendirin qiymətində mövsümi dalğalanmalar
ən çox Kutaisidə hiss olunur. Bunu onunla izah etmək olar ki,
İmereti Gürcüstanın ən böyük süd istehsal edən bölgəsidir, burada
süd istehsalı mövsümü başlayan kimi qiymətlər aşağı
düşür”, - “Aiset”in yaydığı məlumatda qeyd
olunur.