Marneuli bələdiyyəsinin yerli özünüidarəsi iki parkın tikintisi
işləri üçün tender elan edib.
Marneuli meriyası Marneuli şəhərinin Candar məntəqəsində, çinar
ərazisində və Beytarabçı kəndində park salmağı planlaşdırır.
“İndiki vəziyyətdə nə layihə nəzərdə tutulan ərazidə,
nə də onun yaxınlığında heç bir istirahət məkanı yoxdur. Bu isə
əhalinin, xüsusilə də yeniyetmələrin idman-sağlamlıq aktivliklərinə
qoşulmasına mane olur. Əhalinin və sifarişçinin tələbi ilə park
salınır, məşq üçün trenajorlar qurulacaq.
Təhlükəsizlik məqsədi ilə layihə nəzərdə tutualn park panel hasarla
hasarlanacaq, plitələrin düzüldüyü, beton bordyurlarla haşiyələnmiş
cığırlar salınacaq. Stullar və zibil qabları yerləşdiriləcək.
Park ərazisində qapalı trenajor məkanı yaradılacaq. Müvafqi
trenajorlar və uşaqların əyləncəsi üçün atraksionlar qurulacaq.
Park ərazisində işıqlandırma üçün lampalar qurulacaq ki, parkdan
gecə saatlarında da yararlana bilsinlər. Park yaxınlıqda yerləşən
elektrik dirəyindən elektrik enerjisi ilə təmin
ediləcək”, – parkın tikilməsi layihəsində qeyd
olunub.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Candarda, çinar
ərazisində və Marneuli bələdiyyəsinin Beytarabçı kəndində parkın
tikinti işləri üçün 177 069 lari xərcləyəcək.
Tenderdə iştirak etmək istəyən şirkətlər 20 dekabr tarixindən 25
dekabr tarixinə qədər öz təkliflərini göndərə bilərlər. Tenderə
görə, qalib şirkət müqavilə bağlandıqdan 90 iş günü ərzində
meriyaya işləri təhvil verməlidir.