Marneulinin 8 küçəsində kanalların bərpası üçün dördüncü dəfə
tender elan olunub. Marneuli meriyası ərazisində mövcud olan
suvarma kanallarının bərpasını əvvəl 387 655 lariyə nəzərdə
tuturdu, ancaq yeni tenderdə vəsait 84 886 lari artırılıb.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Tamarisi kəndində
yerləşən idman zalının ərazisindəki kanalın bərpası üçün tenderi
təkrar, artırılmış vəsaitlə elan edib.
Marneuli meriyası sərnişinlərin daşınması məqsədi ilə nəqliyyat
vasitələrinin icarəyə götürülməsi (sürücü ilə birlikdə) xidməti ilə
bağlı 42 372 lari dəyərində tender elan edib.
Marneuli yerli özünüidarəsi meriyanın inzibati binasının və mədəni
irsi statusu olan “Yenə də böyüyəcəklər” abidəsinin, onun
ərazisinin odlu silahla mühafizə edilməsi üçün 202 800 lari
dəyərində sadələşdirilmiş müqavilə bağlayıb.