Sarpidə avtomobil yolu qayanın uçması səbəbindən bağlanıb
Bu gün, fevralın 20-də Batumi-Sarpi beynəlxalq avtomobil yolunun yaxınlığında daşlar aşıb, buna görə Sarpiyə giriş yolu bağlanıb.

Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, yol artıq təmizlənib və yaxın vaxtlarda nəqliyyatın hərəkəti bərpa olunacaq.

“Batumelebi”nin məlumatına görə, daşların uçması nəticəsində xəsarət alan olmayıb.

“Hazırda [11:30-da] 16 nömrəli marşrut xətti üzrə hərəkət edən şəhər avtobusları Sarpi şəlaləsinə gedib oradan qayıdır” – “Batumi Avtonəqliyyatı”ndan bildiriblər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google