Rusiyada, Kareliya Respublikasında FSB əməkdaşları Belarus
vətəndaşını öldürüblər – onların sözlərinə görə, o,
“terror aktı” planlaşdırırmış, daha dəqiq desək Olonets şəhərində
inzibati binanı partlatmaq niyyətində olub və o, onu saxlayanlara
“müqavimət zamanı” öldürülüb.
Rusiya hökumət mediasının məlumatına görə, öldürülən şəxs “Kastus
Kalinovski adına Belarus polku”nun üzvü olub və Ukrayna tərəfində
döyüşüb. Onun barəsində Rusiyada beynəlxalq axtarış
elan
edilib.
Meduza yerli Telegram kanallarına istinadən yazır ki, söhbət
2020-ci ildə Belarusda davam edən etiraz aksiyalarında iştirak edən
49 yaşlı fəaldan gedir. Mətbuatın yazdığına görə, kişinin ölümü ilə
bağlı məlumatı onun ailə üzvləri də təsdiqləyib.