Miller Rusiya qanunları haqqında: Hələlik ata biləcəyimiz addımlar haqqında danışmaq istəmirəm
Dövlət Departamentinin sözçüsü Metyu Miller, Rusiya qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə ABŞ-ın atacağı potensial addımları hələ şərh etməyəcəyini söyləyib. Bununla belə, o, narahatlığını bildirib və qeyd edib ki, bu, Gürcüstanı Avropa yolundan çıxaracaq.
Bugünkü brifinqdə Metyu Miller Rusiya qanunları ilə bağlı suala cavab olaraq deyib:

“Bizim siyasətimiz bəyanatımızda bəhs etdiyimiz şeydir ki, bu qanun qüvvəyə minərsə, Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən dərin narahatıq. Gürcüstanı Avropa yolundan döndərəcək. Biz narahatıq ki, bu qanun Gürcüstan xalqına keyfiyyətli məlumat vermək üçün çalışan media qurumlarına mane olacaq.

Bu hələ qanun layihəsidir və qüvvəyə minməyib. Buna görə də, hələlik, mümkün nəticələr və potensial addımlar haqqında danışmaq istəmirəm. Hazırda açıq-aydın deyirik ki, bu qanun layihəsindən narahatıq, irəli getsə, nə edək, bu gün açıqlaya biləcəyim bir şey yoxdur”.


ABŞ Dövlət Departamenti daha əvvəl də Rusiya qanunları ilə bağlı açıqlama vermişdi. Metyu Miller bildirib ki, ABŞ-ın narahatlığı artıq Gürcüstan hakimiyyətinə çatdırılıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google