Kaxa Kaladze bir daha təkrar edib ki, “ölkənin maraqlarına xələl gətirən” heç bir ittifaq onun üçün dəyərli deyil
“Gürcü Arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladze dünən dediyi “heç bir ittifaq mənim ölkəmin və xalqımın mənafeyindən imtina etməyimə dəyməz” ifadəsini təkrarlayıb və bildirib ki, heç bir ittifaq ölkənin müstəqilliyinə və suverenliyinə xələl gətirmə qarşılığında dəyərli deyil.

Kaladze konkret açıqlamayıb ki, hansı ittifaq Gürcüstanın maraqlarına və suverenliyinə “xələl gətirir”.

Onun sözlərinə görə, “ekstremist maliyyələşdirmə, inqilabi maliyyələşdirmə, dövləti sarsıtmaq” məsələsinə gəldikdə, dövlət ayağa qalxacaq və bunun qarşısını almaq üçün hər şeyi edəcək.

“Ölkəmin mənafeyinə, sabaha, ata-babalarımın uğrunda vuruşduğu, qan tökdüyü müstəqilliyə, suverenliyə xələl gətirəcək heç bir ittifaqı qəbul etməyəcəyəm. Bir neçə gün əvvəl aprelin 9-u idi və biz bu insanları xatırladıq. Təbii ki, biz heç kimə ölkənin maraqlarına, suverenliyinə xələl gətirmək imkanı verməyəcəyik.

Bu, hansı ittifaqı istəsəniz, bütün birliklərə aiddir. Xalq hər şeyi görəcək. Bu çətin yolda harda olduğumuzu görəcəyik.

Çox sadə bir sualım var, biz Avropa İttifaqına daxil olmaqdan danışanda niyə bu qanun layihəsi buna mane olur? Biri mənə bir arqument gətirsin. Biz bütün yaxşı layihələri alqışlayırıq, normal bir insan necə mane ola bilər, ya dəstəkləməz?! Amma söhbət ekstremist maliyyələşdirməyə, inqilabi maliyyələşdirməyə, dövləti alt-üst etməyə gələndə dövlət öz yerini tutacaq, kim olursa olsun, maliyyə haradan gəlirsə, qarşısını almaq üçün əlindən gələni edəcək.

Şəffaflıq həmişə vacibdir. Hamıya, Almaniyaya, Amerikaya hörmət edirəm, mənim üçün ən önəmlisi ölkəmdir”,
- Kaladze bildirib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google