Parlamentin yaxınlığında keçirilən “Agent qanunu”na etiraz
aksiyasında xüsusi təyinatlıların tərəfində dayanan maskalı şəxs
nümayişçilərin üzünə yumruq zərbələri endirir.
AzadlıqRadiosu eyni maskalı şəxsin mitinqin iki fərqli
iştirakçısının üzünə yumruqla vurması faktını qeydə alıb.
Epizod #1
Hücumlardan biri saat 21:43-də polis ilk olaraq xüsusi vasitədən,
bibər qazından istifadə etdikdən sonra baş verir:
Parlamentin arxa girişinin
yaxınlığında, 9 aprel küçəsi ilə
Zubalaşvili qardaşları küçəsinin kəsişməsində, 9 aprel parkında
xüsusi təyinatlılarla birlikdə maskalı şəxs var.
Robokoplar nümayişçilərin bir neçəsi ilə fiziki olaraq
qarşı-qarşıya gəlir, onların arxasından qara maskalı və qara
papaqlı, təchizatsız, qara geyimli bir fiqur sürətlə çıxır.
Bu zaman o, kapüşonlu köynəkli gəncin üzünə yumruqlayır.
Zərbədən sonra gənc yerə yıxılır, sonra cəld ayağa qalxaraq
ətrafdakıların köməyi ilə qaçmağa çalışır.
Bu səhnəni “Mtavari” kanalında izləmək olar; Nümayişçi Keti
Mosiavanın çəkdiyi videoda da tam görünmür.
Epizod #2
İkinci epizodun dəqiq vaxtı məlum deyil, lakin ilk hadisədən bir
neçə dəqiqə sonra baş verdiyi güman edilir.
Bu vəziyyətdə də eyni şey baş verir: maskalı şəxs qalxanlarla
təchiz edilmiş “robokoplar” cərgəsinin arxasından çıxıb Xüsusi
Tapşırıqlar İdarəsinin qarşısında dayanan nümayişçinin sağ əli ilə
üzünə yumruqlayır.
Bundan sonra maskalı şəxs əvvəlcə geri çəkilir və digər xüsusi
təyinatlıları irəliləməyə itələyir, sonra yenidən irəliləyir.
“Formula”nın prodüseri Mate Kirvalidze bu hadisənin görüntülərini
saat 22:23-də Facebook-a yükləyib.
AzadlıqRadiosu [23:25] Xüsusi İstintaq Xidməti ilə əlaqə saxlayıb
və “aprelin 30-da parlamentin yaxınlığında polisin nümayişçilərə
qarşı həddindən artıq güc tətbiq etməsi iddiası ilə bağlı araşdırma
başlayıbmı?”, sualını ünvanlayıb.
Agentlikdən cavab alınacağı təqdirdə məlumat dəqiqləşdiriləcək.
Sözügedən dövrdə, əsasən, xüsusi vasitənin - bibər qazının
istifadəsi nəticəsində çoxlu sayda insan xəsarət alıb. Xəsarət
alanlar arasında siyasətçilər və jurnalistlər də var.
Saat on ikinin yarısı radələrində Daxili İşlər Nazirliyi su
şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.