Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu ilin
aktiv yay naviqasiya mövsümü üçün 13,6 min uçuş planlaşdırılır ki,
bunun da 18%-i Avropa ölkələri, 13%-i isə Rusiya ilə olacaq.
Agentlik qeyd edir ki, iyun-oktyabr aylarında Gürcüstandan Avropaya
ən çox 2480 reys həyata keçiriləcək ki, bu da Gürcüstandan və
Gürcüstana planlaşdırılan uçuşların ümumi sayının 18%-ni təşkil
edir.
"Körfəz Əməkdaşlıq Şurası ölkələri (Səudiyyə
Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və
Qətər) ilə də uçuşların tezliyi artır. 2024-cü ilin iyun-oktyabr
aylarında Gürcüstan və Körfəz ölkələri arasında 2255 reys
planlaşdırılır ki, bu da ümumi uçuşların 17%-ni təşkil
edir”, - nazirlikdən bildiriblər.
Yay naviqasiya mövsümünün eyni hesabat dövründə Gürcüstan və Rusiya
Federasiyası arasında 1761 reys planlaşdırılır ki, bu da ümumi
uçuşların 13%-ni təşkil edir.
“Uçuşlar üç aviaşirkət tərəfindən həyata keçirilir.
Gürcüstan və Rusiya Federasiyası arasında uçuşlar yalnız Aİ-nin
qara siyahısında olmayan aviaşirkətlər tərəfindən həyata keçirilir.
Uçuşlar, həmçinin texniki dəstəyi təyyarə istehsalçıları tərəfindən
dayandırılan təyyarələr tərəfindən həyata keçirilmir ki, bu da
texniki və uçuş sənədlərinə çıxışın məhdudlaşdırılması, eləcə də
ehtiyat hissələri ilə təmin olunması deməkdir”, -
məlumatda deyilir.
Planlaşdırılmış uçuş statistikası aşağıdakı kimi paylanır:
•
Gürcüstandan Avropaya və əksinə - 18%;
• Körfəz ölkələri – 17%;
• Rusiya ilə – 13%;
• Ümumilikdə digər ölkələrlə – 52%.
“Qeyd edək ki, bu il Niderland Krallığının aşağı
büdcəli “Tranavia” aviaşirkəti aviasiya bazarına daxil olub və
Amsterdamdan Tbilisiyə müntəzəm uçuşlar həyata keçirməyə başlayıb.
Həmçinin, uzunmüddətli fasilədən sonra Avstriyanın Austrian
Airlines aviaşirkəti Vyana-Tbilisi-Vyana hava marşrutu üzrə
Gürcüstanda fəaliyyətini bərpa edib. Türkiyənin aşağı büdcəli
aviaşirkəti AJET müntəzəm uçuşlara başlayıb. Yay mövsümündə 11
aviaşirkət Gürcüstan və Avropa İttifaqı arasında 38 istiqamətdə
uçuşlar həyata keçirəcək", - nazirlik qeyd edib.
Rəsmi məlumatlara görə, 2024-cü ilin yanvar-aprel aylarında
Gürcüstan hava limanları müntəzəm və qeyri-müntəzəm reyslərlə 1
milyon 946 min 881 sərnişinə xidmət göstərib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.