22 may tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”də
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü ilə
əlaqədar olaraq tədbir keçirilib. Tədbir “Azərbaycanın Evi”nin
təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun
(ADDF) dəstəyi ilə keçirilib.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü ərəfəsində
keçirilən tədbirdə Marneuli bələdiyyə məclisinin üzvləri,
Türkiyənin “MAARİF Okulları”nın
Gürcüstan nümayəndəliyinin rəhbəri,
ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak
ediblər.
Əvvəlcə M.Ə.Rəsulzadənin və AXC-nin digər qurucularının xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib
ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ildə
M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi barədə Sərəncam
imzalayıb. “Azərbaycan Evi” bu sərəncamı rəhbər tutaraq belə bir
tədbir təşkil edib.
M.İmanov müsəlman Şərqində ilk dəfə Azərbaycanda respublikanın
yaradılması, AXC-nin qısa bir vaxt ərzində qazandığı uğurlar barədə
ətraflı məlumat verib. Bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti bir çox təzyiq və repressiyalara məruz qalsa da, çox
şərəfli ömür sürmüşdür.
Daha sonra Gürcüstan Parlamentinin keçmiş deputatları Hidayət
Hüseynov və Mahir Dərziyev, “MAARİF Okulları”nın Tbilisi
nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, Azərbaycan dili və
ədəbiyyat müəllimi Fatma Əliyeva, ziyalı Səyyad Xəlilov, yazıçı Əli
Abbas və digərləri AXC və M.Ə.Rəsulzadə haqqında fikirlərini
bölüşüblər.
Tədbirin ikinci hissəsində isə Azərbaycanın milli musiqiləri
səsləndirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.