Kortsxeli kəndində kişi arvadını küt əşya ilə öldürüb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Zuqdidinin Kortsxeli kəndində ər arvadını küt əşya ilə qətlə yetirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar.


“Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin və Zuqdidi rayon şöbəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1973-cü il təvəllüdlü Q.Ş.-nı ailə üzvünə qarşı qəsdən ağırlaşdırıcı şəraitdə adam öldürmə ittihamı ilə saxlayıblar.

Cinayət
16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Zuqdidi bələdiyyəsində 1966-cı il təvəllüdlü P.K.-ya küt alətlə xəsarət yetirib. Xəsarət alan qadın tibb müəssisəsinə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb”,
- deyə məlumatda bildirilir. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsi ilə aparılır.
Mənbə: Tabula

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google