1
iyul tarixindən etibarən Gürcüstanda ali məktəblərə qəbul imtahanı
başlayıb.
Hər il imtahanlarda suallar və keçid balı dəyişdiyinə görə bu günü
müəllimlər, valideynlər və abituriyentlər böyük həyəcan və qorxu
ilə gözləyirlər.
Abituriyentlərin əksəriyyəti düşünürdülər ki, attestat imtahanları
ləğv olunduğuna görə qəbul imtahanlarının sualları çətin olacaq və
keçid balı artıq olacaq.
3 iyul tarixində Gürcüstanda yaşayan etnik azlıqlar da qəbul
imtahanlarında iştirak edirdilər. Bunların arasında Marneulili
abituriyentlər də yer almışdı.
Marneulili abituriyentlər imtahanla bağlı düşüncələrini "Marneuli"
radiosu ilə bölüşərək imtahanın çətin olub-olmamasını
dəyərləndirdilər.
Abituriyentlərin sözlərinə görə, ötən ilin testləri ilə müqayisədə
bu ilki imtahan testləri çətin olub. Onlar deyirlər ki, riyazi
hissədə verilmiş məsələnin şərtlərində bir çox səhvlər yer alıb ki,
bu səhvlər səbəbindən də onlar imtahanda nə qədər bal
toplayacaqlarından əmin deyillər. Hətta abituriyentlər imtahan
müddətinin dəqiq qeyd olunmamasından da şikayətçidirlər. Elə buna
görə də imtahanı yarımçıq qoyaraq tez çıxanlar da olub.
Xatırladaq ki, Gürcüstan üzrə ali təhsil olacaqlarına qəbul
imtahanı 23 iyul tarixində başa çatacaq.