Marneulidə apteklərdən və ərzaq mağazalarından başqa bütün ticarət
və biznes obyektləri koronavirusun qarşısının alınması məqsədi ilə
bağlanacaq.
Mer Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib
ki, bələdiyyənin Nəzarət Xidməti mərhələli şəkildə bütün biznes
operatorlara xəbərdarlıq edir.
“Maşınların yuyulduğu yerlər və başqa obyektlər də
bağlanacaq. Ancaq yaxşı olar ki, biznes operatorlar meriya
nümayəndələri getmədən də məsuliyyət nümayiş etdirsinlər və
obyektləri özləri bağlasınlar”, – Zaur Darğallı
deyir.
Həmçinin, Marneuli bazarı da bağlanacaq. Amma Marneuli meri hələ
ki, bütün bazarın, yoxsa geyim və müxtəlif məişət əşyaları
satıcılarının piştaxtalarının bağlanacağını bilmir.
Xatırladaq ki, 18 mart tarixində Marneulidə ictimai nəqliyyatın
hərəkəti dayandırıldı.
Gürcüstanda koronavirusa yoluxanların sayı 43 nəfərdir. 1575 nəfər
karantində, 275 nəfər isə stasionar müşahidə altındadır.