Sabah aksiyaya hazırlaşan "VMH"-ən üzvləri qruplara bölünüb və heç biri bir-biri ilə danışmır - Zaur Darğallı
"Sabah Marneulidə aktivistləri aksiyaya yığan Vahid Milli Hərəkat partiyası bir neçə qrupa bölünüb. Heç biri bir-biri ilə danışmır" - bu fikirləri Parlamentin Marneuli və Qardabanidən majoritar deputatı Zaur Darğallı "VMH" partiyasının üzvlərinin 14 oktyabr üçün keçirəcəkləri aksiya ilə bağlı öz "Facebook" səhifəsində yazıb.


Majoritar deputat partiya üzvlərinin bir-biri ilə danışmadıqlarını vurğulayıb. Onun yazdığına görə, partiya üzvləri aksiyaya kim daha çox insan toplayacaq deyə rəqabət aparır.

Zaur Darğallının paylaşımını olduğu kimi təqdim edirik:

"Demək Marneulidə sabaha mitinqə aktivistləri yığan VMH partiyası bir neçə qrupa bölünüb, heç biri də bir biri ilə danışmır.

Rəqabət aparırlar, kim daha çox adam apara biləcək, özü də hərəsi bir lokasiyada yığılıb rəhbərliyinə göstərmək istəyirlər ki mən daha güclüyəm.

Bunları nə xalq, nə də liderləri maraqlandırmır, bunların məqsədi bəllidir."

İki gündür Marneulidə aşağı yuxarı sürdükləri maşınları da gərək rəqabətlə edərdilər, yığdıqları 7 maşın, hər maşının içində bir nəfərdən artıq alınardı."


Qeyd edək ki, "Vahid Milli Hərəkat" partiyasının üzvləri 14 oktyabr tarixində, saat 18:00-da Azadlıq Meydanında aksiya keçirəcəklər. Onlar Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin azad olunmasını tələb edirlər. Həmçinin partiyanın üzvləri bu gün Marneuli küçələrində avtomobillərinə Saakaşviliyə məxsus banerlərlər asaraq hərəkət edir və ona azadlıq tələb ediblər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google