Sizin şəhərinizi/kəndinizi, abadlıq/infrastruktur ilə
bağlı narahat edən üç ən mühüm məsələ hansıdır? –
araşdırma zamanı etnik azlıqların yaşadığı məntəqələrdə bu sual
verilib.
Etnik azlıqların yaşadığı məntəqələrdə cavablar belə bölünüb:
- Su təminatı- 40%
- Yollar- 27%
- Zibilin toplanması – 24%
- Uşaq bağçalarının əlçatanlığı – 17%
- Məktəblərin abadlığı – 12%
- Təmiz küçələr – 11%
- Kanalizasiya – 11%
- Ətraf mühitin çirklənməsi – 8%
- Oyun meydançaları – 7%
- İctimai nəqliyyat – 7%
Milli-Demokratik İnstitutu və CRRC-Gürcüstan tərəfindən bu gün, 16
sentyabr tarixində araşdırmanın nəticələri paylaşılıb.
Qeyd olunan hesabat 14 iyuldan – 15 avqusta qədər ölkə miqyasında
aparılmış, Gürcüstan əhalisi arasında canlı aparılmış sorğunun
nəticələrinə əsaslanır (işğal edilmiş əraziləri çıxmaqla). Avqustda
aparılmış soğru ümumilikdə 2,104 müsahibəni əhatə edir. Araşdırmada
orta səhv etmək ehtimalı +/- 2 faizdir.