“Şərab günləri 2022” Marneulidən başlayıb
Marneuli bələdiyyəsində 9 oktyabr tarixində, şərab festivalı baş tutub. Şərab festivalının təşkilatçısı Gürcüstan hökumətidir. Marneuli meriyasının rəsmi "Facebook" səhifəsində yayımlanmış məlumata görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə bütün ölkə miqyasında “Şərab günləri 2022” festivalı keçirilir.

“Tədbirdə şərab və kənd təsərrüfatı məhsulları təqdim olunub. Eləcə də ənənvi kulinariya məkanları qurulub və iştirakçılar məhsulların dadına baxıblar. Gil və keramika işlərinin sərgi-satışı baş tutub. Tədbirdə iştirak edənlərin çörək bişirilməsi və sucuq hazırlanması ilə bağlı masterklass izləmək ikmanı var idi”, - meriyanın məlumatında qeyd olunub.

“Yenə də böyüyəcəklər” abidəsinin ərazisində keçirilən şərab festivalında Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş deputatı Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, özünüidarənin digər nümayəndələri iştirak ediblər.

“Şərab günləri 2022” Gürcüstanın 25 şəhərində, 9 oktyabrdan 15 oktyabra qədər olan dövrdə keçiriləcək.


Print ელ. ფოსტა
FaceBook Twitter Google