1 noyabr tarixində, BMT-nin Gürcüstandakı daimi koordinatoru Sabine
Maxili Marneulidə qonaq olub.
BMT-nin nümayəndəsi Tamarisidə “Luna və işıldaböcəklər planeti”
uşaq tamaşasını izləyib. Tamaşada bir ailənin hekayəsindən bəhs
olunur. Ailədə sehrli sərgüzəştlər baş verir. Valideynlər uşağın
böyüdülməsi məsuliyyətini və ailə işlərini bərabər bölürlər,
övladlarını dəstəkləyir və gücləndirirlər. Çünki onların hər
birinin unikal və xüsusi olduğuna inanırlar.
Sabine
Maxili eləcə də “Tamarisidə məhsul ayı” tədbirində də
iştirak edib.
“Çox sevinirəm ki, bu gün burada, sizinlə, Marneuli bələdiyyəsinin
Tamarisi kəndindəyəm. Mənim üçün Tbilisidən çıxmaq xoşdur, çünki
Tbilisi çərçivələrini aşmaq, regionlara getmək planımız var. “Luna
və işıldaböcəkləri planeti” kukla teatrını təqdim etmək bizim üçün
çox maraqlıdır. Tamaşanın məhz bütün insanların bərabər
imkanlarının olması mövzusu çox mühümdür”, – Sabine
Maxili bildirdi.
Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, BMT-nin nümayəndəsinin Tamarisidə
keçirilmiş tədbirlərlə maraqlandığına görə çox sevinir.
“Bu gün çox mühüm gündür. Tamarisi kəndində iki böyük məsələ
birləşib. Onlardan biri xanım səfirin izləmək üçün gəldiyi
tamaşadır. İkinci mühüm tədbir isə bizim təşkilatçılığımızla ənənə
halını alıb. Bu məhsul ayıdır və sevinirik ki, xanım səfir bu mühüm
tədbirdə də iştirak edib”, – Nato Şavişvili
bildirdi.
Tamarisidə həyata keçirilən tədbirlər:
- Yerli məhsulların sərgisi/satışı
- Tamarisi şərab mərəni ,,Awino"
- Xixani İcma Evi
- Maradisi eko klubu
- Şaumyani İcma Evi
- Sopo Bartkulaşvilinin şərab mərəni
- Medea Çkaduanın düzəltdiyi zərgərlik
əşyaları
- Gürcü Folkloru və Xoreoqrafiya ansabmlı
“Tamarioni”
- “İberia” ansamblı
- “Enquri” ansamblı
- Tamarisi kənd məktəbi nəzdində mövcud olan xalq mahnı
dəstəsi
- Gil üzərində şüşələmə (uşaqların
fəaliyyəti)
- Amerika Guşəsi (Maarifləndirici oyunlar)