Marneuli bələdiyyəsində “Kəndə dəstək proqramı” başlayır.
Prioritetlərin seçilməsi məqsədi ilə 1 fevraldan 15 fevral tarixinə
qədər əhali ilə görüşlər keçiriləcək. Gürcüstanın regionlarında
həyata keçiriləcək layihələr fondundan kəndə dəstək proqramı üçün
2023-cü ildə 1 232 000 lari ayrılıb.
Pul kəndlərə əhalinin sayına əsasən bölünəcək. Hər kənd üçün
minimum məbləğ 10 000, maksimum isə 20 000
lari təşkil edir.
Kəndlərə uyğun olaraq ümumi toplantının və ya məsləhətləşmənin
tarixini, vaxtını təqdim edirik.
Ümumi toplantılar böyük kəndlərdə 200 imza toplandığı halda
keçirilmiş hesab olunacaq. Nisbətən kiçik kəndlərdə isə ümumi
toplantının 20%-nin imzası qeydə alınacaq.
Marneuli meriyasından bildirirlər ki, əgər kəndinizdə görüşə gedə
bilmirsinizsə, görüş vaxtına qədər öz təşəbbüsünüzü doldurulmuş
xüsusi forma şəklində
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
elektron poçt
ünvanına göndərə bilərsiniz.Kənd toplantılarını meriya tərəfindən
təşkil edilmiş bir neçə qrup keçirəcək və onların hər birinin
müəyyən funksiyası olacaq.
Qrup 32 üzvdən ibarətdir. Həmçinin, onlar arasında yer alanlar:
Roin Dekanoidze, Marneuli bələdiyyə merinin birinci müavini – qrup
sədri (Funksiya: Prosesə ümumi rəhbərlik etmək)
Tamar Kiparoidze – qrupun katibi
Mamuka Şubitidze – Meriyanın İnzibati Xidmət rəhbəri (Funksiya:
İnzibati vahidliklərdə merin nümayəndələri ilə əməkdaşlıq, onlara
məlumat vermək və maddi-texniki dəstək də daxil olmaqla ümumi
toplantının/məsləhətlərin keçirilməsinin təşkil edilməsi)
İrine Maçaraşvili – Marneuli meriyasının
İnzibati Xidmətinin ikinci dərəcəli struktur vahidi, informasiya və
statistika şöbəsinin rəhbəri. (Funksiyası: Vətəndaşların
məlumatlandırılması, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur
Nazirliyi ilə qarşılıqlı ünsiyyət, ümumi
toplantıların/məsləhətlərin keçirilməsinin təşkil edilmə prosesində
iştirak etmək)
Lika Kamuşadze – İctimaiyyətlə Əlaqələr
Şöbəsinin mütəxəssisi (Funksiya: bələdiyyənin veb-səhifəsində
məlumatın yayımlanması, bələdiyyənin feysbuk səhifəsi, yerli çap və
elekton media vasitəsilə əhalinin məlumatlandırılması, meriya
nümayəndələrinin məlumat kampaniyası və evlərə getmək üçün
dəstəyi)
Levan Qabadze – Maliyyə-Büdcə Xidmətinin
Büdcənin Planlaşdırılması və Analiz Şöbəsinin mütəxəssisi.
(Funksiya: Prosesin aparılması üçün lazım olan pulun səfərbər
edilməsi təklifinin hazırlanması, layihə təkliflərinin bələdiyyə
büdcəsindən maliyyələşdirilməsi məsələsinin müzakirəsi);
Rima Otaraşvili – İnzibati Xidmətin
Vətəndaşlara Xidmət Göstərmək və İcraat Şöbəsinin əmək müqaviləsi
ilə işlə təmin edilmiş şəxs (Funksiya: Layihə təklifinin təqdim
edilməsi prosesində xidmət tərəfindən vətəndaşlara məsləhət
verilməsi, lazım gələrsə - meriya tərəfindən layihə təkliflərinin
hazırlanması, yaşayış məntəqələri üzrə layihə təkliflərinin
siyahısının formalaşdırılması, seçilmiş layihə təkliflərinin
müzakirəsi, meriya üçün təkliflərin hazırlanması, Bələdiyyə
Məclisinə təqdim olunacaq layihələrin yekun siyahılarının
layihəsini hazırlamaq)
Davit Çikadze – İctimaiyyətlə Əlaqələr
Şöbəsinin rəhbəri (Funksiya: bələdiyyənin veb-səhifəsində məlumatın
yayımlanması, bələdiyyənin feysbuk səhifəsi, yerli çap və elekton
media vasitəsilə əhalinin məlumatlandırılması, meriya
nümayəndələrinin məlumat kampaniyası və evlərə getmək üçün
dəstəyi);
Rövşən İsgəndərov – Bələdiyyə Məclisinin sədr müavini. (Funksiya:
Bələdiyyə Məclisi üzvləri ilə əlaqə, onların məlumatlandırılması və
Bələdiyyə Məclisinin majoritar üzvlərinin proqramın həyata
keçirilmə prosesinə qoşulması)
Qeyd edək ki, “Kəndə dəstək proqramı” Marneulidə 2019-cu ildən
keçirilir. Ötən il 17 inzibati vahidlikdə 78 infrastruktur layihəsi
maliyyələşdirilib. Onlardan əksəriyyəti küçə işıqlarının
quraşdırılmasını nəzərdə tuturdu.
Sizin kəndinizdə
kənd toplantısı nə zaman keçiriləcək –
qrafik