Marneulidə fiziki imkanları məhdud şəxslərin işlə təmin edilməsinə
dəstək və əmək siyasətinin optimallaşdırılması üçün yeni layihə
başlayır.
Layihənin məqsədi fiziki imkanları məhdud şəxslərin işlə təmin
edilməsinə dəstək siyasətinin milli və regional səviyyədə
yaxşılaşdırılması, fiziki imkanları məhdud şəxslərin məsələləri
üzərində işləyən insanların peşəkarlığının inkişafıdır. Layihə
çərçivəsində Marneuli də daxil olmaqla dörd bələdiyyə sosial
müəssisələrin iş prinsipləri ilə bağlı Slovakiya
təcrübəsini
bölüşəcək.
Layihənin məqsədləri bunlardır:
- Fiziki imkanları məhdud şəxslərin işlə təmin edilmə
siyasətinin yaxşılaşdırılması – yerli biznes nümayəndələri ilə
peşəkar müzakirələr.
- Dəstəklənən işlə təmin etmə məsələləri üzrə peşəkar
müzakirə - Fiziki imkanları məhdud şəxslər üçün işlə təmin edilmə
şəraiti və iş mühitinin yaradılması haqqında Slovakiyada olan
təcrübənin bölüşülməsi.
- Gürcüstanın regionlarında fiziki imkanları məhdud
şəxslər şuralarının mövqeyini möhkəmlətmək, şura üzvlərinin peşə
bacarıqlarının gücləndirilməsi və regional səviyyədə sosial
siyasətin həyata keçirilməsinə cavabdeh olan şəxslərlə fiziki
imkanları məhdud şəxslərin nümayəndələri arasında qarşılıqlı
əməkdaşlığa dəstək, peşəkar müzakirələrin təşkil
edilməsi.
- Fiziki imkanları məhdud şəxslərin motivasiyasının
artırılması, onların ictimaiyyətə inteqrasiyası, bilik və
bacarıqların inkişafı, ictimai işlərdə fəal iştirak.
- İctimai sektor və ictimaiyyətin stimullaşdırılması –
fiziki imkanları məhdud şəxslərə daha yaxşı şəraitin yaradılması,
mövcud infrastrukturun adaptasiyası.
14 fevral tarixində Marneuli yerli özünüidarəsində “Gürcüstanın
əmək bazarında məhdud fiziki imkanlı şəxslərin işlə təmin edilməsi
və əmək siyasətinin optimallaşdırılması” layihəsi çərçivəsində
məlumatlandırma xarakterli görüş keçirilib.
“Layihənin fəaliyyətində fiziki imkanları məhdud
şəxslərlə işləyən QHT, yerli özünüidarə və dövlət müvəkkili
administrasiyası, işlə təmin etmə siyasətini həyata keçirən sosial
sektor, eləcə də işlə təmin etməyə dəstək göstərən dövlət
agentliyi, Xalq Müdafiəçisi Aparatının Regional ofisi və media
nümayəndələri iştirak edəcəklər”, – layihənin
izahatında qeyd olunub.
Layihə Gürcüstanın dörd bələdiyyəsində həyata keçiriləcək. Layihəyə
Şida Kartlidən Qori və Xaşuri bələdiyyələri, Sameqrelo-Zemo
Svanetidən Zuqdidi, Kvemo Kartlidən isə Marneuli bələdiyyəsi
qoşulacaq.
Layihə “Biliki ittifaqı” və Slovakiya təşkilatı TENENET tərəfindən,
Slovakiyanın Beynəlxalq İnkişaf Agentliyi “Slovak Aid”-in maliyyə
dəstəyi ilə həyata keçirilir.