Zaur Darğallının 2023-cü ilin yenilənmiş əmlak bəyannaməsi

Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş deputatı Zaur Darğallı hansı əmlaka sahibdir?


Bəyannamənin doldurulma tarixi 29 iyun 2023-cü ildir.

Deputatın adına 30 000 min lari pul qeydə alınır. Bəyannamədə qeyd olunduğuna görə, həmin vəsait avtomobil satışından əldə olunub.

Deputatın bəyannaməsində Marneulidə yerləşən mənzil qeyd olunub. Mənzilin 100% sahibi onun həyat yoldaşı Rəna
Nurməmmədovadır. Həmçinin, həyat yoldaşının adına Marneulidə, Musxelişvili küçəsində yerləşən bir torpaq sahəsi mövcuddur.

 


Zaur Darğallı bəyannaməsində qeyd edib ki, 2022-ci ildə o, əməkhaqqı olaraq, 44612,4 lari deputat maaşı alıb.

Onun həyat yoldaşı Rəna Nurməmmədova, Marneulidə yerləşən “Çay Evinin” direktor vəzifəsini tutur və (01.01.2022 - 31.12.2022) qeyd olunan məlumata görə, o, 17 228,51 lari əməkhaqqı alıb.

Zaur Darğallı Gürcüstan Parlamentinin onuncu çağırış majoritar deputatıdır.

Darğallı 2019-cu ildə 8 ay ərzində Marneuli meri olub.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google