İranda baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 550-yə qədər artıb

İranın Kermanşah bölgəsində zəlzələ nəticəsində yaralananların sayı 550-yə qədər artıb. 6,4 bal gücündə zəlzələ İran- İraq sərhəddində baş verib.

İraq televiziyası Rudaw-ın məlumatına görə, faciə nəticəsində İraqın Kürdüstan ərazisində də qurbanlar var.

Bir nəfər həyatını itirib. Zəlzələnin episentri İraqın paytaxtı Bağdaddan Şimal-Şərqdə, 150 km-də İranın Sarpoli şəhərindən isə 40 km-də qeydə alınıb.

İran hakimiyyəti Kermanşah əyalətində məktəblərin və universitetlərin bağlanması ilə bağlı qərar qəbul edib. Son bir ildə İran-İraq sərhəddində üç güclü zəlzələ baş verib.

 

Mənbə: Birinci Kanal

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google