Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır.
"Reuters"in verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər
naziri Hayko Maas deyib.
"Rusiya qanunun aliliyi prinsipinə və vətəndaş
hüquqlarının qorunmasına öz konstitusiyası və götürdüyü beynəlxalq
öhdəliklərlə bağlıdır. Bu prinsiplər təbii ki, Aleksey Navalnı üçün
də tətbiq olunmalıdır. O, dərhal sərbəst
buraxılmalıdır”, -deyə Almaniyanın xarici işlər
naziri qeyd edib.
ABŞ dövlət katibi Mayk Pompeo da Rusiya müxalifət liderlərdindən
biri olan Aleksey Navalnının saxlanılmasını pisləyib:
"ABŞ Rusiyanın Aleksey Navalnının həbs qərarını qəti
şəkildə qınayır. Özünə güvənən siyasi liderlər rəqiblərindən
qorxmur, siyasi rəqiblərinə qarşı şiddət tətbiq etmir və ya onları
haqsız yerə həbs etmir. Rus xalqı şəffaf və hesabatlı idarəetməni,
müstəqil məhkəmə sistemini və fundamental insan haqqları olan azad
söz və toplaşmaq hüquqlarını intiqam qorxusu olmadan istifadəsini
dəstəkləyən bir hökumətə layiqdir. Rusiya hökumətini seçki
prosesində rəqabət aparan bütün siyasi partiyalar və namizədlər
üçün bərabər şərait yaratmağa çağırırıq. Aleksey Navalnının dərhal
və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb
edirik".
Qeyd edək ki, rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə
olunduğu Almaniyadan Rusiyaya qayıdıb. Hava limanında A.Navalnı
Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat
şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci
il tarixdən axtarışda olduğu bildirilir.
Qeyd olunub ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs
qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə
o, həbsdə olacaq.
Mənbə: apa.az