İranda hicab geyinmə qaydalarını pozduğuna görə həbs edilən qadının ölümündən sonra keçirilən nümayişlərdə 3 nəfər həlak olub
İranda hicabla bağlı qanunu pozduğuna görə həbs edilən 22 yaşlı Məhsa Əminin ölümündən sonra keçirilən etiraz aksiyalarında 3 nəfər həlak olub. Məlumatı “France 24” yayıb. Nəşr yazır ki, bölgənin qubernatoru mitinq zamanı üç mülki şəxsin öldüyünü təsdiqləyib.

“BBC”nin məlumatına görə, aksiya zamanı polis odlu silahdan istifadə edib. Tehranda da etiraz aksiyası keçirilib.

BMT rəsmisi Tehranı dinc nümayişçilərə öz etirazlarını bildirməyə imkan verməyə və insidentlə bağlı obyektiv araşdırmaya başlamağa çağırır.

Məhsa Əmin sentyabrın 13-də Tehranda hicab taxmaq qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilib. Həbs olunduqdan bir neçə saat sonra ailəsinə Əminin xəstəxanaya aparıldığı və 3 gün sonra orada vəfat etdiyi barədə məlumat verilib. Tehran polisinin məlumatına görə, Məhsa Əmin saxlanılan digər qadınlarla birlikdə palataya girmək istəyərkən infarkt keçirib. Ölkənin Daxili İşlər Nazirliyi Aminin səhhətində problemlərin olduğunu açıqlayıb, mərhumun atası bunu təkzib edib. O, qızının ayaqlarında göyərmələrin olduğunu iddia edir.

İranda 22 yaşlı qadının ölümündən sonra etirazlar başlayıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazlarda 500 nəfər həbs edilib.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google