Yerusəlimdə baş vermiş partlayışlar nəticəsində xəsarət alanların
sayı 18-ə yüksəlib, iki nəfərin vəziyyəti ağırdır.
Bu barədə "The Jerusalem Post" məlumat yayıb.
İsrailin Yerusəlim şəhərində partlayış baş verib, xəsarət alanlar
var.
Bu barədə İsrailin “Qaley Çaxal” radiosu məlumat yayıb.
İlkin məlumatda deyilib ki, bu gün səhər Yerusəlimin mərkəzi
avtobus stansiyasının yaxınlığında baş verən partlayışda
7 nəfər
xəsarət alıb.
Bildirilib ki, mərkəzi avtobus stansiyasının yaxınlığında baş
vermiş partlayışdan sonra həmin əraziyə yaxın sərnişin avtobusunda
daha bir partlayış baş verib.
Partlayışların baş vermə səbəbi kimi çantalarda yerləşdirilmiş
partlayıcı qurğuların işə düşməsi göstərilib.
Hadisə yerindən indiyə olan məlumata əsasən, xəsarət alanların sayı
10-a yüksəlib.