Eləcə də təqib etmək məqamı da diqqətə layiqdir,
bu zaman yeniyetmə daim eşidir ki, necə olmalıdır, kimin oxşar
yaşamalıdır və.s. Ola bilər bu prosesi motivasiya adlandıraq. Ancaq
real olaraq bununla çalışmış oluruq ki, o, öz istədiyi kimi deyil
bizim istədiyimiz fərd kimi yetişsin. Bu yeniyetmədə onun real
imkanlarını və bacarığını göstərmək istəyini öldürür, nəticədə isə
məcburi olaraq onu xoşbəxt edəcək yolu deyil, təriflədikləri yolu
seçir.
Yeniyetmələr üçün ixtisas və çalışmağın planlaşdırılması.
Baxmayaraq ki, bu sahəyə qarşı onun hansısa marağı var ya yox,
rəqabətli və peşəkar kadrların çatışmamazlığının birbaşa səbəb
olması trendə çevrilib.
Zəncir asandır, artıq dərəcədə qayğı ilə və bütün problemlərdən
təcrid edilmiş yeniyetmə müstəqil qərar verə bilmir. Ailə və ətraf
mühitin istəyini nəzərə alır, həkim, hüquqşünas, iqtisadçı və.s.
olur.
Qarşı çıxa bilmir, sevdiyi və onu xoşbəxt edəcək işi görməkdən
imtina edir. Bədbəxtlikdən, məktəbəqədər və məktəb təhsili onda
azad seçim imkanı adlı bacarıq formalaşdıra bilmir. Çünki bunu
böyüklər də belə qəbul edib, qərar verəcək fikir onlarınkı olur və
yeniyetmələr bunu qəbul edir. İndiki mərhələdə olan özü də başa
düşür ki, kiməsə qarşı çıxmaq üçün yetərli bacarığı yoxdur,
alternativ yol görmür və “məsləhətə” inanır.
Qaşımızda duran problemləri həmin dəqiqə həll edə bilmərik,
insanlara qadağan edə bilmərik ki, qayğımıza qalsınlar, hətta artıq
dərəcədə, heç evladlarının əvəzinə problemləri həll etməyi də
qadağan edə bilmərik.
Deyə bilmərik ki, təqib etməli olduqları adamların adını
deməsinlər, ixtisas seçimində də onların rolunu silə bilmərik. Amma
böyüklərin və eləcə də yeniyetmələrin məlumatının artmasının
qayğısına qala bilərik. Başa düşəcək səviyyəyə qədər aparıb
çıxarmalıyıq ki, hər bir adam yaşından asılı olmayaraq fərddir.
Yeniyetmələri dinləməliyik və onların fikrinə hörmət etməliyik,
öyrənməliyik ki, onlar öz gələcəkləri haqqında nə düşünürlər,
konkret qarşı çıxmanı nə dərəcədə aşa bilirlər və.s.
Çox asan hərəkətlərlə onlarda “mən əhəmiyyətliyəm” emosiyasını
oyada bilərik. Bununla o, daha çox cəsarətli olur. Yekunda isə
müstəqil fərd formalaşır. Onun yaşam qaydası şəxsi azadlığı ilə
yanaşı həm də azad cəmiyyətin qurulmasının qayğısına qalmaq
olacaq.
Azad cəmiyyətin olub-olmaması məsələsi
keyfiyyətli təhsildən keçir. Bu əsasını məktəblərdən götürməlidir,
ancaq bu gün bizim məktəblər tənqidi qəbul edə bilmirlər, səbəb isə
yenilənməyən pedaqoqlar korpusudur. Onların orta yaşı çox yüksəkdir
və sovet metodlarından yeni tədris metodlarına adaptasiya ola
bilmirlər. Buna görə də qeyri-rəsmi təhsilə, debat mədəniyyətinin
inkişafına və tənqidi fikirə diqqət az yetirilir.
Tədris strukturu belədir: Müəllim alternativi olmayan avtoritetdir.
Onun mövqeyini də şagird apellasiyasız dərk etməlidir, fənn
dərsliyinin tədrisi isə əzbərləmək metodu ilə olur. Bunun fonunda
başa düşmək çətin deyil ki, yeniyetmələr niyə müstəqil deyillər və
niyə qarşı çıxma bacarıqları yoxdur. Müvafiq bacarıqları olmayan
yeniyetmə ali təhsil almağa başlayır. Orada isə problemlər daha
çoxdur.
Təhsildə olan problemlərin fonunda, maarifləndirmə prosesi sağlam
deyil, ona görə də proses nəticəsində formalaşan fərdlər çağırışın
elə yüksəkliyində deyillər ki, uğurla azad cəmiyyəti
çalışdırsınlar.
Azad cəmiyyətdə yaşayaq istəyi nəticə üçün
yetərli deyil. Təhsil istiqamətində, ağrılı olsa da belə konkret
addımlar atılmalıdır. İlkin mərhələdə dövlət hər şey etməlidir ki,
müasir tədris metodlarından təcrübədə istifadə etməkdə çətinlik
çəkməyəcək, yaşlı və köhnə metodlarla çalışan pedaqoqları gənclərlə
və enerjili adamlarla əvəz etsin.
Ola bilər pedaqoqların əvəz edilməsi prosesi ağrılı olsun, ancaq o
“ağrı” qısa müddətli təsirdir, ancaq rəqabətli və azad adamı
“itirmək” bizim üçün düzəlməyəcək çatışmamazlıqdır.
Düşünürəm ki, bizim ətrafımızda olan problemlərin əsas səbəbi azad
olmayan, yeniliklərə adaptasiya olmaqda, rəqabəti qəbul etməkdə,
fərqli fikirə uyğunlaşmaqda,öz işinə yönəlməkdə, üstünlükləri
düzgün sıralamaqda çətinlik çəkən cəmiyyətdir, siyahı bizi uzağa
aparar.
Sadəcə başa düşməliyik ki, bu problemlərin səthi və qısa müddətli
həlli çıxış yolu deyil. Çıxış yolu cəmiyyətin söykənəcəyi yerin,
yəni bizim/fərdlərin sağlam olmasında, müstəqillik səviyyəsinin
artırılmasında və qarşı çıxmaq bacarığının formalaşdırılmasındadır
ki, bunun qayğısına qalmağa ailədən başlanmalıdır və davam edərək
məktəbdə tamamlanmalıdır.
Biz qorxmamalıyıq və insanlara azadlığa doğru tələsməkdə mane
olmamalıyıq. Əksinə onlara düşüncə və maddi resurslar baxımdan
kömək etməliyik, çünki dünyada bu gün mövcud olan məhdud
resursların fonunda xilas olmaq cəmiyyətin sağlamlığına və azadlıq
dərəcəsinə bağlıdır.