Qoç - səfər,
səyahət və ya ezamiyyətdə olanları uğur gözləyir. İşgüzar ünsiyyət
çevrəsini genişləndirə bilərsiniz. Təmaslarda səmimilik, nikbinlik
qarşı tərəfin rəğbətini qazanmağa yardım edəcək. Maliyyə
problemlərini həll edərkən sayıq olun, aldanmayın. Şəxsi
münasibətlər müstəvisində situasiya sakit deyil. Xoşagəlməz
vəziyyət yarana bilər. Münaqişə və ya qarşıdurma riski var. Daha
fəal olun. Yaxınlarınıza yardım edin. Məhz bu gün sizdən kömək uman
insanları incitməyin. Axşam saatlarında istirahət
edin.
Buğa - nüfuzlu
insanlardan biri ilə təmasları aktivləşdirmək və gördüyünüz işə
diqqəti cəlb etmək üçün əlverişli vaxtdır. Dəvət aldığınız
tədbirlərə qatılın. Bacarıq, bilik və imkanlarınızı nümayiş
etdirin. Günün ikinci yarısında bir qədər fəal olun. Şansınızı
qaçırmayın. Darıxdırıcı, yeknəsək iş sizi tez usandıra bilər.
Vaxtınızın qədrini bilin, məntiqsiz diskussiyalara və mənasız
mübahisələrə qatılmayın. Alış-veriş üçün əlverişli
vaxtdır.
Əkizlər -
maraqlarınızın təminatı üçün gərəkli bildiyiniz addımları atın.
Astagəl və süst olsanız, önəmli məqamlardan biri diqqətinizdən
yayınacaq. Başladığınız işin mühüm ünsürünü ön plana çəkin. Böyük
ümidlərinizin olduğu istiqamətdə hadisələrin cərəyan istiqamətinə
fikir verin. Günün ikinci yarısında kimsə yaşamınızda dəyişiklik
etməyə çalışacaq. Uğursuzluq siqnallarını sezin. İlk baxışdan çox
qəribə və absurd təsir bağışlayan məlumatlardan belə, yararlanmağa
çalışın. Sizi maraqlandıran situasiyanı çözmək üçün əlverişli
variant formalaşır. Şəxsi münasibətlər üçün yaxşı zamandır.
Təşəbbüskar olun. Olaylara təsir imkanlarına
maliksiniz.
Xərçəng -
bərabər variantlar arasında münasibini seçin, onu reallaşdırmaq
üçün gərəkli addımlar atın. Hadisələrin intensivliyi artır,
görüləsi işlər çoxalır. Səhhətinizə fikir verin. İnfeksiya riski
var. Yorğunluq və fiziki işlər əhvalınızı korlaya bilər. Günün
ikinci yarısında kimsəyə imkan verməyin ki, işlərinizə qarışsınlar.
Yaşamın şərtləri güzəşti istisna edir. Problemləri təxminləmək və
onların həll variantlarını preventiv hazırlamaq üçün sayıq olun.
Daxili gərginlik sizdə aqressiya yaratmamalıdır. Axşam saatlarınıda
özünüzə əlavə çətinliklər
yaratmayın.
Şir - çətin,
qarışıq, amma çoxdan reallaşdırmaq istədiyiniz işlərdə
irəliləyişlər vəd edən zamandır. Məişət qayğılarının həllinə
başlayaraq tapşırılan işləri və göstərişləri unutmayın. Hansısa
istiqamətdə proseslər uğurlu gedərsə, sakitləşməyin, rahatlaşmayın.
Prosesi təkrarlamaq üçün əsas işdən yayınaraq maliyyə xərclərini
artırmayın. Günün ikinci yarısında birmənalı olmayan, amma maraqlı
situasiya yaranacaq. Detallarla təfərrüatları dəqiqləşdirin.
Zərurət yaranarsa, mütəxəssislərlə məsləhətləşin. Bütün problemlərə
və maneələrə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.
Nikbin olun. Olaylara süni təkan
verməyin.
Qız - ünsiyyət
və əməkdaşlıq üçün mürkkəb zamandır. Mürəkkəb suallara cavab
aramağın yolu qarşılıqlı güzəştlərdən keçir. Yaxın ətrafınızdakı
insanların hər biri öz işi ilə məşğuldur. İlkin təəssüratlara
aldanmayın. Günün ikinci yarısında əhəmiyyətli dönüş zamanıdır.
Tələsik qərar verməyin. Konkret situasiyada məsuliyyət hiss
edirsinizsə, sayıq davranın. Dəyər verdiyiniz insanla münasibətləri
sərinləşdirməyin. Axşam saatları əsəbləriniz tarıma çəkilə bilər.
Normal istirahət etməyə çalışın.
Tərəzi -
enerjiniz çoxdur, amma ondan məhsuldar şəkildə yararlanın.
Ətrafınızdakı insanlara qarşı sərt mövqe tutmayın. Belə davranış
münasibətlərdə harmoniyaya səbəb olmayacaq. Yumşaq olun, həssas
davranın. Çətinlikləri dəf edərək daha pozitiv ola bilərsiniz.
Yaxınlarınızın qəlbini
yaralamayın.
Ailə üzvləriniz
sizdən açıqlama gözləyirlər. Maliyyə məsələlərində düşünülməmiş
addımlar atmayın. Axşam saatlarında yaşam potensialınız yüksək
olacaq. Aktiv istirahəti seçin.
Əqrəb -
təəssüratlar bol, hadisələr çoxdur. Yaşananların təhlili və
dəyərləndirilməsi çox vaxt aparacaq. Başqalarının problemləri ilə
məşğul olaraq qarşınızda duran məqsədləri reallaşdırın.
Maraqlarınızın və vaxtınızın dəyərini bilin. Günün ikinci yarısı
super emosional zamandır. Çətin situasiyalarda diqqətli olun, sayıq
davranın. Dəyər verdiyiniz insanların hisslərini sınağa çəkməyin.
Fəsadları aradan qaldırmaq asan
olmayacaq.
Oxatan - yeni
tanışlıqlar güclü emosiyalara səbəb olacaq. Problemlərin həllinə
yaradıcı yanaşmayın. Yaşam və fəaliyyət arealını qaydaya salın.
Alış-verişdə bədxərclik etməyin. Xoş təəssüratlar əldə edə
biləcəyiniz rahat dönəm günün ikinci yarısında başlanacaq.
Tərəfdaş, şərik tapa biləcəyiniz yerdə olun. Layihələrinizi
genişləndirməyə can atın Əmək məhsuldarlıq səviyyəniz yüksək
olarsa, xeyli faydalı iş görə bilərsiniz. Yaxın gələcəkdə effektiv
yenilikləri reallaşdırmağınıza imkan verəcək islahatlara başlayın.
Səhhətinizə fikir verin. Axşam saatlarında diqqətli
olun.
Oğlaq - günün
ilk yarısında planlarınızda arzuolunmaz dəyişikliklər yaşana bilər.
Müəyyən mövzu aktuallığını itirəcək. Təcili qərarlar verin, sürətli
olun. Təşkilati tədbirlər, fəaliyyətə başqa adamların cəlb edilməsi
istisna deyil. Emosiyalarınıza nəzarət edin. Həddən artıq aktiv
olmayın, yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Bəzi
işləri etibar etdiyiniz adamlarla paylaşmaq olar. Tapşırıq ağır,
yerinə yetiriləsi iş mürəkkəb, ayrılmış vaxt isə
azdır.
Kimdənsə tam
diqqət və ya ifrat qayğı tələb
etməyin.
Dolça -
enerjili, aktiv olun. Ziddiyyətli maraqlar və niyyətlər qarışıq
durum yarada bilər. Başladığınız işi yarımçıq qoymayın, gərginliyə
qapılmayın. Eyni vaxtda bir neçə işi görməyə çalışsanız, ciddi
çətinliklərlə qarşılaşa bilərsiniz. Tələsməyin. Günün ikinci
yarısında önünüzə çıxan sədləri dəf edin, maneələri aradan
qaldırın. Ən önəmli məsələləri müəyyənləşdirin. Boş danışıqlara
qatılmayın, işə köklənməmiş insanlardan uzaq durun. Gərəksiz
əşyalardan qurtulun, mənasız əlaqələri
bitirin.
Balıqlar - günün
ilk yarısını kiçik problemlərin həllinə, qayğıların yerinə
yetirilməsinə həsr edin. Sizə təzyiq göstərmələrinə imkan verməyin.
Başqasının məsuliyyətini paylaşmayın. Sənədlərdə qaydaya fikir
verin. Günün
ikinci yarısında bir qədər müstəqil çalışmağa can atın. Danışıqlar
fikrinizi yayındıra bilər. Tərəfdaşlar bir zaman verdiyiniz vədləri
xatırladacaqlar. Verdiklərinizlə aldıqlarınız arasında paritetə
nail olun.
Axşam saatlarında maddi marağınızı təmin etməyə yönəlmiş aqressiv
addımlar atmayın.