29
May 2019-cu il, Ulduz falı. Planlarınızı yenidən nəzərdən
keçirin
Qoç - Venera və Haumeanın münasibətləri bu gün güclü təəssüratların
arxasınca düşməməyi məsləhət bilir. Çoxsaylı tədbirlər
planlaşdırmayın. Sakit, aram gündür. İşlərinizi soyuqqanlı şəkildə,
tələsmədən görün.
Yaxşı tanıdığınız insanların məclisini seçin ki, qarşı tərəfdəki
insanlara necə təsir bağışladığınıza görə narahatlıq
keçirməyəsiniz.
İşləri qaydaya salmaq üçü əlverişli gündür.
Axşam saatlarında ünsiyyətdə diqqətli olun, artıq sözlər deməyin.
İnciklik hissi çox asanlıqla yarana bilər. Planlarınız,
gözləntiləriniz, məlumatlar və istəklərinizi bölüşməyə
tələsməyin.
Buğa - Merkuri və Saturnun münasibətləri tələsməyi məsləhət bilmir.
Bu gün tək qalmayın, yaxın tanışlar və dostlar arasıda olun.
Böyük gözləntilərə qapılmayın, mühüm məsələlərin həllini
planlaşırmayın. Gün sakit işlər üçün yararlıdır. Başqasının faydalı
təcrübəsindən bəhrələnmək, öz təcrübənizi bölüşmək üçün əlverişli
vaxtdır.
İşlərin bəzilərini axşama saxlamayın. Qıcıq və narazlıq hisslərini
aradan qaldırmaq olar. Daxili təlatüm, hisslər və ya istəklər
dəyərlərlə münasibətlərə yenidən baxmağa vadar edə bilər.
Axşam saatlarında yaxşı dincəlin.
Əkizlər - İo və Kallistonun münasibətləri bir mövzunun sizi bitkin
mövqeyinizə hegemonluq etməsi ilə nəticələnə bilər.
Enerjinin bir istiqamətdə axması yaşamın digər mühüm aspektlərini
müdafiəsiz edə bilər. Belədə problemlər dərhal üzə çıxacaq, iş
yoldaşlarınızın davranışınızdan narazı qaldıqlarını
görəcəksiniz.
Bu günün bütün mövzuları və məqamları dinamik, yüksək emosional
yüksələn səviyyədə inkişaf edəcəklər. Dağı dağ üstünə qoya
bilərsiniz. Amma səylərinizin predmeti barədə əvvəlcədən
düşünün.
Günün əksər olaylarına epataj xas olacaq. İndi çox işin öhdəsindən
gələ bilərsiniz. Lakin günün tələblərini yerinə yetirin, situativ
qatılma və ya müdaxilə tələb edən məsələlərlə məşğul olun.
Xərçəng - Deymos və Andromedanın münasibətləri bu gün kiçik
problemlər yarada bilər. İzafi dərəcədə çox tələb etməkdən, inaddan
çəkinin.
Özünüzə əminlik bu gün sizi çətin vəziyyətdə qoya bilər. Emosional
fon stabil deyil və nəticələri əvvəlcədən təxminləmək olmur.
Sərt özünənəzarət olarsa, uğursuzluqları uğura döndərmək,
situasiyanın gərginləşməsindən yaxın ətrafınızdakı insanları mühüm
məsələlərin həllinə səfərbər edə bilərsiniz.
Ümumi maraqlar və məqsədlərin varlığı sizi birləşdirəcək, ab-havanı
gözlənilməz dərəcədə yaxşılaşdıracaq.
Axşam saatlarında internetdə macəra aramayın.
Şir - Erida və Makemakenin münasibətləri ağıllı davranışın yaxşı
nəticə verəcəyi gün vəd edir. Gurultulu bəyanatlar verməyin, qapını
çırpayın.
Münasibətlərdə yığılıb qalmış qarşılıqlı inciklik və umu-küsünü
həll edərək aradan qaldırmaq üçün dostlarla həmkarları fərqli
düşərglərə ayırın. Dəyərləndirmələr, ehtimallar və diaqnozlarla
tələsməyin.
Situasiya qəflətən təkan alaraq təxminləmədiyiniz istiqamətdə
inkişaf edə bilər. İşin maraqları çərçivəsində çıxış etsəniz,
şərait sizə uğurlu yöndə formalaşaraq problemləri aktiv şəkildə
aradan qaldırmağınıza yardım edə bilər.
Yaxın ətrafınızdakı insanlara yardım edin, təşəxxüs və
ambisiyalarınızı unudun.
Günün optimal mövqeyi budur.
Qız - Haumea və Plutonun münasibətləri maraqlarınız çərçivəsində
olan işlərin çözülməsini tələb edir.
Səfər, gəzinti, ezamiyyət və ya sizin üçü iri məbləğdə pulun
xərclənməsi məsləhət deyil. Ünsiyyət və hətta əyləncə belə, sizi
razı salmayacaq.
Hissiyat artır. Diqqət və qayğınıza ehtiyac duyan insanları yadan
salın. Sevdiyiniz insanı, yaxın adamlarınızı, ailə üvlərinizi
səmimiyyətdən məhrum etməyin.
Hisslər, emosiyalar və birgə maraqlara diqqət yetirin.
Axşam saatlarında açıq havada gəzintiyə çıxmaq xeyirlidir.
Tərəzi - Pluton və Sereranın münasibətləri neytral gün vəd edir.
Dünən çətin gün idi və bu səbəbdən ifrat gərginlik vəd edən yeni
işə başlamayın.
Uzun-uzadı ünsiyyət, məcburi olmayan işlərlə özünüzü yormayın.
Nəticələrə varın, yaxın gələcəklə bağlı planı düşünün. Ev və ailə
üçün faydalı işlə məşğul olun.
Səhhətinizin qeydinə qalın. Nigaranlıq və təlaşınızın artmasına
imkan verməyin.
Fiziki aktivliyi gücləndirmək gərəkdir.
Axşam saatlarında maraqlarınız üçün vaxt tapın.
Yeni ideyalar və fkirlər ola bilər.
Əqrəb - Leda və Himaliyanın münasibətləri sizi qeyri-konstruktiv
məqsədlərə və istiqamətlərə bol enerji sərf etməyə sürükləyə
bilər.
Hisslərlə emosiyaların dramatik mərhələyə keçməməsi üçün
proqnozlaşdırılmamış olayların yaranmasının qarşısını alın,
münaqişəyə zəmin yaratmayın. Bilikli və təcrübəli insanın
müdrikliyində yardım arayın, yaxşı məsləhəti qulaqardına
vurmayın.
Baş verənlərin önəmini arıtrmayın. Bilavasitə iştirakınızı tələb
edən işlərdə aktiv iştirak edin, önəmli məqamları qulaqardına
vurmayın.
Daxili durumunuz axşam saatlarında əyləncə tələb edə bilər. Fəqət,
evdən çox uzaqlaşmayın.
Oxatan - Tefeya və Oberonun münasibətləri hisslər, emosiyalar
müstəvisində yeniliklər vəd edir. Gözlənilməz hadisələr baş verə
bilər. Şəxsi münasibətlər müstəvisində hisslərin tarıma çəkilməsi,
umu-küsü, hətta vidalaşma belə, istisna deyil.
Əvvəllər həll edə bilmədiyiniz məsələlərə cavab aramağa çalışın,
problemlərin səviyyəsini aşağı salmaq üçün addım atmazdan əvvəl
düşünün.
İşlərdəki nizama diqqət yetirin, məcrasından çıxan prosesi axına
qaytarın.
Ümumi fon asan deyil, heç nədən münaqişə yarana bilər. İş və
tərəfdaşlıq münasibətləri verə biləcəyiniz və ya alacağınız
azadlığın həddindən asılıdır.
Axşam saatlarında tünlük yerlərdə olmayın, insanların çox olduğu
məkanlara varmayın.
Oğlaq - Haron və Tritonun münasibətləri gərgin hadisələrin
yaşanacağı gün vəd edir. Rəqiblər qaydaları pozaraq "partizan
savaşı"na başlaya bilərlər. Adekvat cavab reaksiyasını düşünün.
Yaşanan situasiyalarda bədxah və rəqiblərinizdən öndə olmağa
çalışın, amma vicdanınızla sövdələşməyə getməyin.
Heç yerə tələsməyin və belədə səhvlərə də yol verməzsiniz.
Günlə bağlı çoxlu, genişmiqyaslı planlar qurmayın. Zatən gün sizə
çox iş "əta" edib.
Fiziki işdə çalışın. Tələb və iddiaları təxirə salın.
Dolça - Miranda və Fobosun münasibətləri borcları qaytarmağı,
vədləri yerinə yetirməyi, işdə və evdə qayda yaratmağı tələb edir.
Həyati önəm daşıyan yeniliklər və dəyişikliklər üçün məkanı
təmizləyin, səhmana salın.
Lakin hadisələri tələsdirməyin, hamını özünüzə bənzətməyə
çalışmayın. Düşünülməmiş sözlər qərarlaşmış əlaqələr və
münasibətləri poza bilər.
Hələlik yalnız özünüzə, öz qüvvənizə bel bağlayın.
Bu gün gələn xəbərlər əhvalınızı poza bilər.
Planlarınızı yenidən nəzərdən keçirin. Hansısa marağı və ya istəyi
qurban verərək mühüm mövzunu inkişaf etdirmək gərəkdir.
Balıqlar - Elara və Sinopenin münasibətləri iş həcminin böyük
olacağı gün vəd edir. Yaxın gələcəkdə sizi gözləyəcək işlərlə bağlı
planlar qura bilərsiniz.
Yaxın ətrafınızdakı insanlardan dəstək arayın.
Fəaliyyəti planlaşdırmaq üçün imkan və vaxt tapmağın böyük önəmi
var.