Axalkalakiyə yaxın ibadətgahı dağıdıblar
Axalkalakiyə yaxın, Bavra kəndində ibadətgahı dağıdıblar. Məlumatı Netgazeti-yə DİN-dən təsdiqləyiblər.

Nazirliyin məlumatına görə, hadisə dünən baş verib, istintaq isə Gürcüstan CM-nin 259-cu maddəsinin birinci hissəsi ilə gedir. Maddə mədəni miras və ya abidəyə zərər vurmaq-məhv etməyi nəzərdə tutur. Cinayət cərimə və ya iki il müddətinə azadlıqdan məhrum edilmə ilə cəzalandırılır.

Yerli portal JNEWS yazır ki, ibadətgahda bütün ikonalara zərər yetirilib, onlardan bəzisi isə döşəməyə atılıb. DİN hələ ki, hadisə ilə bağlı heç kimi saxlamayıb.

Mənbə: Netgazeti/Şəkil: JNEWS
Print ელ. ფოსტა
თეგები: ახალქალაქი
FaceBook Twitter Google