Gözə zərərli və faydalı qidalar
Pəhriz həmişə xeyir gətirmir. Nəyi yeyib, nəyi
yeməmək lazım olduğunu dəqiq bilməliyik. Məsələn, bir çox qidalar
görmə qabiliyyətini korlayır.
Gözə zərər vuracaq və ya əksinə, fayda gətirə biləcək ərzaqların
siyahısını təqdim edirik.
Başlayaq zərərli qidalardan. Ağ çörək görmə qabiliyyətini yalnız
pisləşdirə bilər. Bu məhsul buğda unundan hazırlanır. Unun
tərkibində isə heç bir vitamin yoxdur. Çox kofe içmək də gözə xeyir
gətirməyəcək. Spirtli içkilərin damarlara necə zərər vurduğunu
onsuz da bilirsiniz. Üstəlik, qazlı sular da gözün düşmənidir. Daha
çox tərkibindəki şəkərin çoxluğuna görə.
Bundan başqa, çox duzlu yeməməlisiniz. Ümumiyyətlə, vitamin
çatışmazlığı gözlərin vəziyyətini çox ağırlaşdırır.
Bəs gözə nə xeyirdir? Biri elə qaragilə. İkinci Dünya Müharibəsi
zamanı bu giləmeyvənin cemi britaniyalı əsgərlərin qida rasionuna
daxil edilmişdi. Gözlərin sulanmasının qarşısını alır, qan
dövranını yaxşılaşdırır. Quşqonmaz da çox faydalıdır. Gözlərindən
şikayəti olanlar ispanaq da yeməlidir.Brüssel kələminin
tərkibindəki A vitamini və antioksidantlar əhəmiyyətini çox
artırır. Bir az tapmaq müşkül ola bilər. Bir də qarğıdalını
unutmayaq.