Gürcüstanda daha bir nəfər koronavisudan dünyasını dəyişib. Bununla
da virusdan ölənlərin sayı 9 nəfərə çatıb.
Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında
yayımlanıb.
Publika.ge saytının yaydlğı məlumata görə, dünyasını dəyişən şəxs
57 yaşlarında bir qadındır. O, universitet klinikasında müalicə
olunurmuş.
4 may tarixinə olan məlumata görə, Gürcüstanda Covid-19 virusuna
589 nəfər yoluxma faktı qeydə alınıb,
onlardan 223 nəfər müalicə
olunaraq sağalıb, 9 nəfər isə vəfat edib.
Saytda yayımlanan məlumata görə, hazırda 4830 nəfər karantin
rejimində, 521 nəfər isə stasionar müşahidə altındadırlar. Xaricdən
müalicə üçün gətirilən Gürcüstan vətəndaşların sayı isə 3 nəfərdir.
Bir nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda ölkədə koronavirusdan 357 nəfərin xüsusi rejimli
xəstəxanalarda müalicəsi davam etdirilir.