Meriya cavabsız qalan məktuba cavab vermələri üçün əlavə məktub yazmağımızı istəyir
Marneuli yerli özünüidarəsi 2023-cü il ərzində televiziya və yerli xəbər agentliyi xidmətinə 114 680 lari xərcləyib. Marneuli meriyası tərəfindən “Marneuli TV” və “İnterpressnews.ge” ilə bağlanmış müqavilələr Dövlət Alqı-Satqı Agentiyinin veb-səhifəsinə yerləşdirilib. Qeyd olunan sənədlərə əsasən, Marneuli meriyası 2023-cü ildə “Marneuli TV”-yə 109 700 lari, “İnterpressnews.ge”-yə isə 4980 lari ödəyib.

“Marneuli” radiosu 6 fevral tarixində Marneuli meriyasına 2023-cü ildə neçə media qurumu ilə müqavilə imzaladığı, xərclənən vəsaitin səmərəsinin necə müəyyən edildiyi, nə qədər KİV-in etnik azlıqların dilində məlumat yaydığı ilə bağlı suallarla müraciət edib.

28 fevral tarixində Marneuli meriyasından məktuba cavab aldıq. Cavaba əsasən, meriya 2023-cü il büdcəsinin televiziya xidmətləri üçün vəsaitin yazıldığı maddəni qeyd edib, həmin maddədə televiziya xidmətləri üçün vəsaitlər yazılıb və bizi Dövlət Alqı-Satqı Agentliyinin veb-səhifəsinə yönləndiriblər.

“Qeyd edək ki, Marneuli bələdiyyəsinin yerli büdcə məcəlləsinin (05.04.2018) kodu ilə, teleradio yayımı və nəşriyyat fəaliyyəti üçün maliyyə vəsaiti ayrılır. Marneulinin özünüidarəsinin imzaladığı müqavilə haqqında, o cümlədən KİV-lərin adı və xidmətin səciyyəfiliyi ilə bağlı ətraflı məlumatı Dövlət Alqı-Satqı Agentliyinin veb-səhifəsindən əldə edə bilərsiniz”, – Marneuli meriyasının verdiyi məlumatda qeyd olunub.

Marneuli meriyası bizə tələb etdiyimiz ictimai məlumatı vermədi və bizə bildirdi ki, məlumatları özümüz tapmalıyıq.

Marneuli meriyası 2023-cü ildə “Televiziya və Radio Yayımları və Nəşriyyat Fəaliyyəti” proqramı çərçivəsində 126 600 lari xərcləyib ki, bu da Marneuli Televiziyası və Interpressnews üçün ödənilən məbləğdən 16 900 lari azdır.

Bu gün, 29 fevral tarixində Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadzedən Marneuli meriyasının 2023-cü il ərzində “İnterpressnews” və “Marneuli TV”-dən başqa media ilə müqavilə bağlayıb-bağlamadığını soruşduq. O, bu məsələyə cavab almaq üçün yenidən meriyaya məktubla müraciət etməli olduğumuzu bildirdi.

Qeyd edək ki, 6 fevral tarixində “Marneuli” radiosu meriyaya eyni suallarla müraciət etmişdi və bizdən bu gün, 29 fevral tarixində həmin suallara cavab vermək üçün yenidən yazılı müraciət etməyimizi istədilər.

Print Email
FaceBook Twitter Google