Gündəlik qəbul etdiyimiz qidaların orqanizmə bir çox faydalı
tərəfləri mövcuddur. Onlar tərkibindəki vitamin və minerallar
sayəsində sağlamlığımızda aktiv rol oynayırlar.
Araşdırmalara görə alimlər dünyanın ən faydalı qidasını seçib.
Tədqiqatçılar badamı dünyanın ən faydalı qidası adlandırıb.
- Badamın hansı faydaları var?
- Sinir sistemi və beyinin funksiyasını
yaxşılaşdırır.
- Liflərin sayəsində orqanizmi ziyanlı maddələrdən təmizləyir.
- Arıqlamaq üçün mükəmməl qidadır.
- Olduqca doyurucu qüvvəyə malikdir. Badam istehlakı sizi aşağı
çəkiyə qaytaracaq.
- Bir ovuc badam 163 kaloridir. Özündə 3.4 qram polidoymamış yağ,
Omeqa-3, 6 qram protein və 3.5 qram lif ehtiva edir. Bu baxımdan
ürək sağlamlığı üçün əvəzedilməzdir.
- Qanda şəkəri tənzimləməyə kömək edir.
- Antioksidantlarla zəngindir. Antioksidantlar bədənimizdə LDL
(pis) xolesterolun iltihabı ilə mübarizə aparmaq qabiliyyətinə
malikdir.
- Maqneziumla zəngindir. Bir ovuc badam gündəlik maqnezium
ehtiyacının 20% -ni qarşılayır.
Saglamolun.Az