Orqanizmdə stressin
səviyyəsinin uzun müddət ərzində yüksək olması çox ziyanlıdır və
bir sıra xəstəliklərin inkişafına təkan verə bilər.
Müasir insanların bir çoxu xroniki stress vəziyyətində yaşadıqları
üçün ildən ilə müxtəlif xəstəliklərə tutulanların sayı artır,
xəstəliklər "cavanlaşır". Bu səbəbdən orqanizmdə stressin
səviyyəsini azaltmaq çox vacibdir.
Bəzi sadə və əlçatan vasitələr orqanizmdə stressin səviyyəsini
azaltmağa yardım edə bilər.
Bu vasitələrin siyahısını təqdim edirik.
Xoşladığınız musiqiyə qulaq asın.
Musiqi arterial təzyiqi və stress hormonlarının səviyyəsini aşağı
salır, sakitləşdirir.
Özünüz özünüzlə danışın.
"Qulaq yoldaşınız" yoxdursa və ya öz problemləriniz haqqında heç
kimə danışmağı xoşlamırsınızsa, bu sizin üçün ən yaxşı çıxış
yoludur. Öz problemi haqqında danışanda insan rahatlaşır,
sakitləşir. Psixoloqlar da bu üsulun streslə mübarizədə
effektliyini təsdiq edirlər.
Sağlam və faydalı qidalanın.
Belə bir məşhur deyim var "nə yeyirsən, osan". İnsanın qidalanması
onun tək fiziki deyil, həm də psixoloji sağlamlığına ciddi təsir
edir. Meyvə-tərəvəz, balıq, süd məhsulları, şokolad kimi məhsullar
bizi həm fiziki, həm də psixoloji mənada sağlam edir.
İdmanla məşğul olun.
Mütəxəssislərin fikrinə görə, idman stressin azalması üçün ən yaxşı
vasitədir.
Yatın.
Normal yuxu stressi azaldır, sinir sisteminin fəaliyyətini
yaxşılaşdırır və əksinə yuxusuzluq və ya natamam yuxu orqanizmdə
stress hormonlarının səviyyəsini kəskin qaldırır.
Mənbə: Milli.az