Yeni qəbul olunanlar arasında baş vermiş güman edilən qarşıdurma faktı ilə bağlı hərbi polis cinayət işi qaldırıb
Gürcüstanın Müdafiə Nazirliyinin Müdafiə Qüvvələrinin Təlim və Hərbi Təhsil Komandanlığı Mərkəzi olan “Krdzanisidə” yeni qəbul olunanlar arasında baş vermiş qarşıdurma faktı ilə bağlı Hərbi Polis Departamentində 386-cı maddənin birinci hissəsi ilə nəzərdə tutulmuş cinayət işarələrinə əsasən cinayət işi qaldırılıb. Maddə bir-birinə tabe olmayan hərbi xidmətçilər arasında rəftar qaydalarının pozulmasını və bununla yanaşı zərərçəkənin ləyaqət və şərəfinin təhqir edilməsi və onun məcbur edilməsini nəzərdə tutur.

İPN-ə Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, indiki mərhələdə şahidlərin ön ifadəsinə əsasən döyülmə faktı təsdiqlənməyib.

“Qeyd olunanı “Rustavi” klinikasında aparılan tədqiqatlar da təsdiq edir. Həmçinin, baş-beyin tomoqrafiyasında da hansısa zədə qeydə alınmayıb. Tibbi yoxlayış nəticəsində hərbi xidmətçidə heç xarici zədələnmə və travma aşkar edilməyib. Rustavi tibb müəssisəsindən əlavə E.Əfəndiyev Qoridə, Giorgi Abramişvili adına hərbi hospitalda da tibbi araşdırmalardan keçib. Laborotoloji tədqiqatlar, ürək rentgenoskopiyası aparılıb və heç bir sağlamlığa zidd zərər aşkar edilməyib. Hərbi xidmətçinin sağlamlıq durumu qənaətbəxşdir. Onun heç bir şikayəti yoxdur” - deyilir Müdafiə Nazirliyinin bəyanatında.

Print ელ. ფოსტა
FaceBook Twitter Google