Dünyanı öz cənginə alan koronavirus Gürsustanda da aşkarlandı. Buna
görə də hökumətin qərarı ilə təhsil ocaqlarında tətil elan edilib.
Tətilin nə zaman başa çatacağı məlum deyil.
Buna görə də məktəblər distant rejimə keçib. Amma Mollaoğlu və
ətraf kəndlərdə yerləşən ictimai məktəblər distant rejimə keçməyib.
Hal-hazırda Mollaoğlu ictimai məktəbində 300-ə yaxın şagird təhsil
alır.
Valideynlərin sözlərinə görə,
məktəblərdə tətil olunmasına görə
övladları dərs oxumurlar.
"Mənim uşağım tətilə görə dərslərini vaxtı-vaxtında
oxumamağa başladı. Bu hal onun irəliləməsinə və universitetə
hazırlaşmasına mənfi təsir göstərir", – valideyn
bildirir.
Məktəblərdən əlavə universitetlərdə də tətil elan olunub. Amma
universitetlərin bəziləri artıq onlayn dərs rejiminə keçiblər.
Universitet tələbələrinin sözlərinə görə, onlar yenə eyni dərsləri
eyni gündə eyni saatda onlayn şəkildə keçirlər.
“Biz dərsləri eyni qaydada keçməyə davam edirik.
Həftənin bir günü video görüntü ilə keçirik. Geridə qalan günləri
isə elektron vasitəsi ilə keçirik”, – birinci kurs
tələbəsi Elxan Ənnağıyev deyir.
Qeyd edək ki, hal-hazırda Gürcüstanda koronavirusa yoluxanların
sayı 40 nəfərə çatıb. Onlardan 1-i sağalıb. 1592 nəfər karantinə
yerləşdirilib. 262 nəfər isə stasionar şəraitdədir.
Müəllif: Orxan Ənnağıyev