17 mart tarixinə olan məlumata görə özünütəcriddə 3 nəfər qalmışdı.
Marneuli İctimai Səhiyyə Mərkəzinin bu gün, 19 mart tarixinə olan
məlumatına görə, hazırda özünütəcriddə 16 nəfər var.
Mərkəzin rəhbəri Etere Laperadzenin sözlərinə görə, karantində
Marneulidən cəmi 8 nəfər var və onlardan üç nəfəri məcburi şəkildə
aparılıb.
17 mart tarixində özünütəcriddən 11 nəfər çıxarılıb, çünki
onlarda
koronavirus əlamətləri olmayıb.
Qeyd edək ki, Gürcüstanda virusa 40 nəfər yoluxub, 1592 nəfər
karantindədir, 262 nəfər isə stasionar müşahidə altındadır.