Marneulidə, aerodrom yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib
Bu gün, 25 oktyabr tarixində, saat 18:00 radələrində Marneulidə, aerodrom yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı üç avtomobil bir-biri ilə toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, Sadaxlı istiqmətindən yüksək sürətlə gələn "Audi" markalı avtomobilinin sürücüsü idarəetməni itirib və iki "Ford" markalı avtomobilə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hər üç nəqliyyat vasitəsi ərazidən evakuator xidməti vasitəsilə uzaqlaşdırılıb.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırma aparırlar.

Print ელ. ფოსტა
თეგები: Avtomobil Marneuli Polis Qəza
FaceBook Twitter Google