Marneulidə Arzu Tükənova yardım məqsədi ilə qanvermə aksiyası keçiriləcək
24 fevral tarixində Marneulidə, “Uğur” təhsil mərkəsində Arzu Tükənova dəstək məqsədi ilə qanvermə aksiyası keçiriləcək.

Marneuli rayonunun Ağməmmədli kəndində yaşayan Arzu Tükənov illərdir ki, böyrək çatışmazlığından əziyyət çəkir. Onun əməliyyat olunması üçün 80 000 dollara ehtiyac var. Xeyriyyə aksiyası yardım sevər insanlar tərəfindən təşkil olunub. Qanvermə aksiyası 24 fevral saat 10:00-dan 18:00-dək davam edəcək. Aksiyaya
könüllü olaraq qoşulmaq mümkündür.

Qeyd edək ki, 45 yaşlı Arzu Tükənov böyrək çatışmazlığından əziyyət çəkir və təcili olaraq böyrək köçürülməlidir. Ailənin əməliyyat üçün maddi imkanları yoxdur. Buna görə də ailə vətəndaşlardan kömək istəyir.

Yaxınlarının verdiyi məlumata görə, onun ailə üzvlərinin heç biri donor ola bilməyib. Buna görə də o, təcili şəkildə xaricə aparılmalıdır. Həmin əməliyyat isə Belarusda fəaliyyət göstərən xəstəxanaların birində həyata keçiriləcək.

Maddi yardım göstərmək üçün hesab nömrəsi: GE73BG0000000797410500 və ya GE03LB0711117152472002.

Print ელ. ფოსტა
FaceBook Twitter Google