Marneulidə 3 bağçanın tikintisinə 10 416 000 lari xərclənəcək
Gürcüstan Bələdiyyələrin İnkişafı Fondu Marneulidə üç bağçanın tikintisi üçün tender elan edib. Marneuli şəhərində, Tsereteli və Şulaveri kəndlərində 180 uşaq üçün nəzərdə tutulmuş məktəbəqədər təhsil müəssisələrinin tikilməsinə 10 416 000 lari xərclənəcək. Vəsaiti 100% dövlət büdcəsi maliyyələşdirir.

Gürcüstan Bələdiyyələrin İnkişafı Fondu üç bağçanın smeta sənədlərinin hazırlanması və smeta sənədləri əsasında tikinti işlərinin həyata keçirilməsi üçün 12
000 000 lari dəyərində tenderi 13 aprel tarixində elan edib. Tenderdə bir şirkət, “ Birgə Fəaliyyət Tərəfdaşlığı Mega Green Gardens” iştirak edib. Şirkət işləri 10 416 000 lariyə həyata keçirməyi təklif edib. İndiki mərhələdə qeyd olunan namizədlə müqavilə bağlanması prosesi aparılır. Şirkət müqavilə bağlandıqdan 18 ay ərzində işləri təhvil verməli olacaq.

Tender sənədlərinə görə, uşaq bağçası binası 180 uşaq üçün (yeddi qrup) nəzərdə tutulmalıdır və aşağıdakı məkanları əhatə etməlidir (ancaq əhatə etməyə də bilər) :
  • 25 uşaq üçün qrup otağı (paltardəyişmə otağı, oyun/yeməkxana məkanı, yataq otağı, sanitar qovşaq, kiçik mətbəx (bufet));
  • Direktor otağı
  • Əməkdaşlar üçün otaq
  • Heyət üçün sanitar qovşaq
  • Duş;
  • Köməkçi (təsərrüfat) anbar;
  • Zal (musiqili və bədən tərbiyəsi məşqləri üçün), inventarın saxlanılması üçün anbar;
  • Qida bloku;
  • Tibb otağı/izolyator;
  • Ütü otağı;
  • Yuma otağı;
  • Yataq dəsti üçün saxlama otağı;
  • Xadimə üçün ayaqyolu və dezinfeksiya şkafı olan təmizlik otağı;
  • Fiziki imkanları məhdud şəxslər üçü sanitar qovşaq ;
  • Mərkəzi giriş;
  • Vestibül;
  • Mühafizəçi üçün otaq;
Layihələr başlayana qədər şirkət bələdiyyədən uşaq bağçası binasında konkret qrupun uşaqları üçün yataq otağının tikilməsi zərurəti barədə məlumatı dəqiqləşdirməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google