Bəzən Zaxarovanın istəkləri ilə "Gürcü arzusu"nun münasibəti üst-üstə düşür - Armaz Axvlediani
Bəzən elə olur ki, Zaxarovanın istəkləri ilə “Gürcü arzusu” münasibəti üst-üstə düşür, bu, Gürcüstanın faciəsidir - məncə, “Gürcü arzusu”nda belə qərar verməzdən əvvəl iki dəfə düşünəcəklər – müxalifətçi deputat Armaz Axvlediani Mariya Zaxarovanın Rusiya Abxaziyadan keçməklə Ermənistana dəmir yolu hərəkətini bərpa etmək üçün səylərini əsirgəməyəcəyi haqqında bəyanatına belə müasibət bildirib.

Müxalifətçi deputat Mariya Zaxarovanın Rusiya Abxaziyadan keçməklə Ermənistana dəmir yolu hərəkətini bərpa etmək üçün səylərini əsirgəməyəcəyi haqqında bəyanatına müasibət bildirib"

Axvlediani bildirib ki, “Gürcü arzusu” gürcü xalqının deyil, partiyanın və İvanişvilinin dar maraqlarından çıxış edir, ona görə də heç nəyi istisna edə bilməz.

"Zaxarova bizə hər zaman Kremlin nə istədiyini deyir. Təəssüf ki, Gürcüstan hökuməti gürcü xalqının nə istədiyini demir və partiyanın və İvanişvilinin dar maraqlarından çıxış edir. Belə olan halda bəzən elə olur ki, Zaxarovanın istəyi və münasibəti “Gürcü arzusu”nun istəkləri ilə hardasa kəsişir. Bu, Gürcüstanın faciəsidir.Mən istisna etmirəm ki, bu, xüsusi əhəmiyyət kəsb edən həssas məsələ olsa da, indi də keçəcək və mən belə hesab edirəm ki, onlar yəqin ki, bu haqda qərar verən zaman iki dəfə düşünəcəklər. Amma mən heç nəyi istisna etməyəcəyəm”, - deyə Axvlediani bildirib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google