Daxili İşlər Nazirliyinin məlumatına görə, İmereti Polis İdarəsi və
Çiaturi Regional Şöbəsinin əməkdaşları
V.K.-nı hədə-qorxu ilə pul tələb etməkdə ittiham edərək
saxlayıb.
İstintaqda müəyyən edilib ki, təqsirləndirilən şəxs öz kriminal
səlahiyyətlərindən istifadə edərək Çiaturi bələdiyyəsində yaşayan
sahibkar Ş.Q.-dən sistemli şəkildə müxtəlif məbləğlərdə pul tələb
edib.
Bu ilin mart ayında təqsirləndirilən şəxs yenidən sahibkardan
müəyyən məbləğdə pulun ödənilməsini
tələb edib və rədd cavabı
aldıqdan sonra daha inandırıcı olması üçün onun və ailə üzvlərinin
həyatına son qoyacağı və fiziki cəza ilə hədələyib.
Hədə-qorxu ilə tələb etmə faktı üzrə istintaq Cinayət Məcəlləsinin
4 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 181-ci maddəsinin
1-ci hissəsi ilə aparılır.