Avropa Parlamentinin deputatı Viola fon Kramon Avropa
Komissiyasından Cozef Borrell, Şarl Mişel və Ursula fon der Leyenə
müraciət edib:
“Avropa İttifaqının “Gürcü Arzusu”nun liderləri üçün
ABŞ kimi səyahət məhdudiyyətləri qoyması şansı varmı? Tədbirləri
Qərb tərəfdaşları ilə birləşdirmək çox vacib olardı”,
- o sosial şəbəkədə yazıb.
ABŞ Dövlət Departamenti Gürcüstanda demokratiyanın pozulmasına görə
məsuliyyət daşıyan şəxslərə və onların ailə üzvlərinə qarşı yeni
viza məhdudiyyətləri siyasəti elan edib.
Bu, dövlət katibi Entoni Blinkenin yeni bəyanatında müzakirə olunur
- siyahının məhdudiyyətin kimə şamil olunduğu hələlik məlum
deyil.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.